Astarada "Burzubənd komediyası" və bir direktorun hekayəsi - VİDEO

  • 29 iyun 2021, 11:32
Şəkildə gördüyünüz kommentin, yəqin ki, hansısa əsəbi bir “tin uşağı” yaxud da psixi xəstə birisi tərəfindən yazıldığını düşünəcəksiz. Xeyr! Zatən elə olsaydı, bu kommentə görə məqalə yazılmaz və bu, xəbərə çevrilməzdi.

Nə qədər qəribə və nə qədər gülməli olsa da, bu şərhi məhz DİREKTOR yazıb! Bəli, məhz direktor! Şagirdlərin təlim-tərbiyəsinə, şəxsiyyətinin inkişafına cavabdeh olan BİR NÖMRƏLİ ŞƏXS!

Bəli, bu təkcə gülməli deyil, həm də DƏHŞƏTDİR!

İndisə məsələnin detallarına keçək.

“Astaranın Gənc Alimləri” olaraq bizə bu yaxınlarda elə bir müraciət daxil oldu ki, bütün digər ənənəvi müraciətlərdən fərqli idi: çox nadir olaraq, bir neçə müəllim (sayları 5 nəfərdir), məktəblərindəki problemlərə dair şikayətlərini bildirdilər və üstəlik də konkret dəlil və sənədləri meydana qoydular. Bu durumda bizim borcumuz, dərhal məsələyə diqqət ayırıb, gündəmə gətirmək idi və bu barədə saytlarla, QHT-lərlə əlaqəyə keçdik. Məsələni gündəmə gətirən qurumlardan biri olan “Təhsil Araşdırmalar Mərkəzi” bu ciddi mövzuya əl atdı və qısa film hazırlayıb, ictimaiyyətə təqdim etdi.

Və bütün mərəkə də bundan sonra qopdu!

Görünür ki, film, yetərincə təsirli olub ki, hətta rayonun ən ucqar ərazilərindəki təhsil işçilərindən də geridönüşlər, müsbət mesajlar aldıq.

Bu isə təbii ki, filmin “qəhrəmanları”nın, çox pis vəziyyətə düşməsi anlamına gəlirdi! Bəli, filmdə, əməlləri faş olan “mafioz direktor” Turan Rəfiyev və adamları, əvvəlcə fərqli adlarla müxtəlif təhqiramiz və əlaqəsiz kommentlər yazdılar. Admin, bunları siləndən sonra, Turan Rəfiyev məcbur qalıb öz adıyla yazmağa başladı… Və... isterik vəziyyətdə elə bir ŞƏRH yazdı ki…..Özünü “xilas etməyə” çalışarkən “ayağına daş bağlayıb batırdı”!

Şikayətçi müəllimlərdən birini TƏHQİR ETDİ! Və bununla da qalmayıb, AİLƏSİNİ DƏ TƏHQİR ETDİ, faktiki olaraq SÖYÜŞ SÖYDÜ!

Bu isə bütün sərhədlərin keçilməsi demək idi!

Turan Rəfiyev, filmdə, yoldaşının da adının keçməsindən qeyzlənərək, Tərlan Talıbovun yoldaşını söhbətə qatmaqla, öz aləmində “namusunu" (həyat yoldaşını) xilas etməyə” çalışdı, amma, əslində bununla səmimi olmadığını ortaya qoydu.

Amma, məsələ, təkcə Turan Rəfiyevdən də ibarət deyil! RTŞ tərəfindən RƏSMİ OLARAQ etiraf olunan qanunsuzluqlardan sonra onu işdə saxlamağa davam edən müdir Rəşad Həsənovda, əcəba, heç bir qəbahət yoxdurmu?

Təbii ki, Astara təhsilinin yarıtmaz rəhbəri, bu tərbiyəsizliyə görə birbaşa cavabdeh və günahkardır!

Açıq deyək; görünür ki, o da elə Turan Rəfiyevin yandaşıdır deyə, bu təhqirlər, ailə söyüşləri, onun üçün normal və adi haldır! Əks halda, onu çoxdan tənbeh edərdi…

Cənab Həsənova müraciət edirik! Bacarmadığınız təhsil müdiri vəzifəsindən, ola bilər ki, getməyə hazırlaşırsız, amma hələki rəsmi olaraq bu vəzifədəsinizsə, deməli direktorunuza, məktəbinizə, təhsil işçilərinizə cavabdehsiz, bunu unutmayın!

P.S. Bu əxlaqsızlığa səssiz qalmaq olmazdı... Turan Rəfiyev şərhində müəllim adına yaraşmayan biabırçılığa yol verib.

Bəli...
Yazıda adıkeçən direktoru dinləyib mövqeyini dərc etməyə hazırdır!
Oxşar xəbərlər