Cavanşir Paşazadə oğlunun biznesindən danışdı: “Tutaq ki, milyardı var, kimə nə dəxli?!”

  • 27 iyun 2021, 13:30
Bloger Mehman Hüseynov Milli Məclisin deputatı Cavanşir Paşazadə və onun oğlu Şahin Paşazadəyə məxsus olduğu iddia edilən biznes obyektləri barədə şəxsi "YouTube" kanalında video paylaşıb.
Video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Deputat Cavanşir Paşazadə Pravda.az-ın mövzu ilə bağlı sualına qısa cavab verib:

“Oğlum Şahinin 45 yaşı var, özü bilər nə işlə məşğuldur. Tutaq ki, milyardı var, kimə nə dəxli?! Bu sualı mənim cavablandırmağım doğru olmaz".
Oxşar xəbərlər