Kəlbəcərdə media işçilərinin minaya düşdüyü yerdən dəhşətli görüntülər - VİDEO

  • 04 iyun 2021, 13:50
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşən media işçiləri ilə bağlı AzTV yeni görüntülər yayıb. Görüntülər üzücüdür.
Demokratik.Az xəbər verir ki, çəkiliş qrupunu aparan avtobus minaya düşüb. 
Həmin görüntüləri AzTV yayımlayıb. 
Qeyd edək ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Oxşar xəbərlər