Gəncədə məcburi köçkünlərə "texniki su" içirdənlər Xocalı sakininin suyunu kəsdilər - VİDEOMÜRACİƏT

  • 31 may 2021, 22:41
"Azərsu" ASC-nin yerli nümayəndələri Gəncə şəhər 2 saylı məcburi köçkün qəsəbəsində məskunlaşmış, əslən Xocalıdan olan Bəxtiyar Bağırovun mənzilinə su verilişini dayandırıb. Səbəb kimi vətəndaşın 35 manat borcu olması göstərilib.
"Demokratik.Az"-a bu barədə məlumat verən B.Bağırov isə bildirir ki, onun suyu bir müddət öncə qəsəbədə insanlara içməli su adı ilə texniki su satanları şikayət etdiyinə görə kəsilib.
Xocalı sakini müraciətində ölkə başçısına səslənərək bildirib: "Özüm də əliləm, anam da, övladım da. Axı, içməli su əvəzinə bizə texniki su içirdirlər bəs deyil, borcu bəhanə edib qərəzli şəkildə istinin günündə suyumuzu niyə kəsməlidirlər axı? Cənab prezident, məni bezdiriblər, ailəmlə birlikdə məni doğma Xocalımıza qaytar. Gedib öz yurdumda daxma tikib Xocalının hər dərəsindən çıxan suyundan içəcəm. Məni torpağıma göndərin, axı, kimdir divlər ki, bizim suyun qabağını kəsir, bizə içməli su vermir. Bizə zülm edirlər. Xahiş edirəm tədbir görəsiniz!.."
Xatırladaq ki, Gəncə şəhəri ərazisində yerləşən, 600 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə içməli su problemi yaşayır. 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin və sabiq qaçqınkom rəhbəri Əli Həsənovun da iştirakıyla sakinlərin istifadəsinə verilən 2-ci məcburi köçkün qəsəbəsində bütün evlərə "Azərsu" ASC tərəfindən içməli su adı altında texniki su satılmasına dair iddialar dolaşır. 
Bu barədə ətraflı yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz...
Prezidenti aldadan "Qaçqınkom" və "Azərsu" Gəncədəki məcburi köçkün ailələrinə niyə texniki su içirdir?
Demokratik.Az
Oxşar xəbərlər