Ucarda suvarma pulları ilə harınlayanlar vətəndaşı söyüb ölümlə hədələyir - VİDEO

  • 31 may 2021, 11:15
Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra qarşı tərəf onu ölümlə hədələtdirir. Vətəndaşa zənglər gəlir və o, nalayiq söyüşlərlə təhqir olunur.
"Demokratik.Az" bildirir ki, bu barədə o özü məlumat verib. Şikayətçinin sözlərinə görə, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra 29 may 2021-ci il tarixdə onun kürəkəni "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu (055) 301-66-06 nömrəli telefonu ilə dəfələrlə zəng edib onu ölümlə hədələməklə nalayiq şəkildə söyüb təhqir edib. Bunu təsdiq edən səs yazısını da təqdim edirik.
Səsyazısından o da aydın olur ki, adıkeçən harınlamış növbəti telefon danışığında Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşını da nalayiq söyüşlərlə təhqir etməkdən, qorxmadığını nümayiş etdirməkdən çəkinməyib.
Həmçinin Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu Ucar Melioraservizdə mühəndis işləyən Nicat Qasımov da şikayətçini dəfələrlə zəng edib ölümlə hədələmək və təhqir etməklə hədəf alıb.
Raqif Şirinovun bildirdiyinə görə, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun harınlamış ailə üzvüləri dövlət qanunlarını saya salmırlar. Çünki onlar dövlətin ayrdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar.
Xatırladaq ki, təhqirlərə məruz qalan vətəndaş 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə alıb. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır.
Videoda görünən yonca otu idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşındığı iddia edilirdi. Təqdim olunan fotoda İdarəyə məxsus üzərinə ot yığılmış AZ 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğlu olub. Onun Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edildiyi şikayətçi tərəfindən iddia edilib. Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki hektarlarla torpaq sahəsini zəbt edib yonca əkirmiş.  
Vətəndaş bunlar barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara da şikayətlər edib. Həsən Qasımovun yarıtmaz fəaliyyətlərindən bəhs edib. Bütün işlərin sənədlər üzərində saxtalaşdırılmaqla aparıldığını iddia edib.
Baş verənlər doğrudan da məyusedici rəzalətdir.

Onu da bildirək ki, idarə rəhbəri şikayətçinin dediklərini ötən gün açıqlamasında təkzib edib. Məsələ ilə bağlı Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov Yeniavaz.com-a açıqlama verib və iddiaların əsassız olduğunu bildirib: "İddialar şantajdır, böhtan xarakterlidir. Mənə məxsus heyvandarlıq təsərrüfatı yoxdur. Yonca əkdiyim 5 hektar sahəm var. Həmin sahə əkin təyinatlıdır. İdarəyə məxsus 8 texnika var".
H. Qasımov nə həmin texnikaların, nə də idarənin əməkdaşlarının öz təsərrüfatında işə cəlb edilmədiyini bildirib: "Rayondakı kanallar təmizlənir, narazıçılıq yoxdur. Ucar rayonunun torpağı onsuz da şoran və şorakətdir".
Demokratik.Az

Oxşar xəbərlər