Əli Həsənovun oğluna məxsus televiziya bağlandı - RƏSMİ

  • 24 may 2021, 18:44
Məlum olduğu kimi, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib və iclasda bir sıra yerli televiziyalar, o cümlədən "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.
Demokratik.Az xəbər verir ki, lisenziyasına xitam verilən "Kaspi Global" MMC-nin (Dalğa TV) direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.
Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Qlobal” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, təxminən 20 gün əvvəl “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) də “Kaspi Qlobal” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Bakı Kommersiya Məhkəməsində həyata keçirilən iclasda “Kaspi Qlobal” MMC-nin “Azərkosmos” ASC-yə borclu olduğu qeyd olunub.
Oxşar xəbərlər