Asif Əsgərov da bilir! Nəsimi Bələdiyyəsinin sədri 100 min manatı ayaqyolu adı ilə taladı

  • 01 iyun 2021, 10:41
Ölkənin ən perspektivli imkanlarına və küllü miqdarda vergi gəlirlərinə sahib olan, paytaxtın ən böyük rayonlarından birinin yerli özünüidarə qurumu özünə bahalı ayaqyolu "inşası" həyata keçirib. Söhbət Bakının Nəsimi rayon bələdiyyəsindən gedir ki, seçkili qurum icarəhaqqı ödədiyi binada aylardır ki, apardığı "müəmmalı" təmir-bərpa işlərində təkcə ayaqyolu təmiri adı altında 100 000 (bir yüz min) manatdan artıq vəsaiti asanlıqla "xırıd" edib. Ümumi smeta və digər xərcləmələri ictimaiyyətdən gizli saxlamağa çalışan bələdiyyə ümumiyyətlə gördüyü işlər barədə heç bir rəsmi məlumat vermir.
"Demokratik.Az"-ın əldə etdiyi məlumatlara görə, adıkeçən bələdiyyədə ilboyu dövr edən maliyyə vəsaitlərinin xərclənməsində küllü miqdarda israfetmə və ya mənimsəmə halları mövcuddur. O da əzbərə çevrilib ki, bələdiyyə müstəqilliyi uzun illərdir ki, rayonun icra başçısı Asif Əsgərovun şəxsi maraqlarına qurban edilib. Nəticədə, bələdiyyə qurumunun sonuncu sədri Əziz Zeynalov gəlişindən bəri seçicilərə heç bir hesabat vermir, özünü təkəbbürlü aparır, ümumi yığıncaqlar keçirib ağlabatan təklifləri və haqlı şikayətləri qəbul etmir, yalnız rayonun icra başçısının əmrləri ilə inanılmaz özbaşınalıqlara və maddi maxinasiyalara imza atır.
"Demokratik.Az"-a daxil olan məlumata görə, Nəsimi bələdiyyəsinin əsas tərkibi Rayon İcra Hakimiyyəti başçısının istəyilə tabeli məmurlardan formalaşdırıldığından bələdiyyə qurumu inzibati tapşırıqlarla idarə edilir. Yəni bələdiyyə sədrinin "ayaqyolu təmiri" adı ilə ciblərə sovurduğu küllü miqdarda pulun mənsəbi illərdir "toxunulmazlıq" dəbilqəsi geyinən icra başçısı Asif Əsgərova qədər uzanır...
(Əlavə məlumat verəcəyik)
Demokratik.Az
Oxşar xəbərlər