Katalizatora görə cərimə yazıla və avtomaşın duracağa aparıla bilərmi? - VİDEO

  • 25 may 2021, 11:15
Son həftələrdə Azərbaycan ərazisində istifadə olunan müxtəlif markalı avtonəqliyyat vasitələrinin DYP əməkdaşları tərəfindən saxlanılmaları, katalizatorsuz olması bəhanə edilərək cərimə meydançalarına aparılaraq sürücülərinin cərimələnməsi baş verir.
"Demokratik.Az"-ın məlumatına görə, təkcə paytaxt Bakıda istifadə olunan yüzlərlə "Toyota-Prius", "Honda" kimi "hibrib" avtomaşınların əksəriyyətində katalizatorun olmaması məsələni xeyli qəlizləşdirir. Bəs, belə hallarda sürücülər nə etməlidir? Katalizatora görə ümumiyyətlə qanunvericilikdə hansı cərimə növü nəzərdə tutulub?

"Demokratik.Az bildirir ki, ötən həft bununla bağlı "XƏZƏR TV"-yə açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, "İXM-də katalitik tənzimləyicinin olmamasına görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi yolverilməzdir. Bu barədə İXM-nin 96 və 97-ci maddələrinin sırasında hansısa bənd mövcud deyil. Katalizatorun olmaması əlavə avadanlıq quraşdırılması halı və konstruksiya dəyişikliyi də sayılmır. DYP əməkdaşı sadəcə sürücüyə ekoloji çirklənmənin qarşısının alınması məqsədilə tövsiyə verilə bilər".
Bundan başqa, ekspert əlavə edib ki, belə avtomobillərin işlətdiyi qazın həcmini yalnız qaz analizatorları ilə müəyyən etmək olar. Əgər normativdən kənara çıxma halı olarsa, 50 manat cərimə halı yazıla bilər, o şərtlə ki, sürücü nasazlığı aradan qaldıra bilməsin.
Onu da nəzərə alsaq ki, DYP-nin cərimə meydançalarında avtomobildəki nasazlığın aradan qaldırılması üçün heç bir şərait - qaldırıcı vasitələr və bokslar mövcud deyil, problemə baxış daha da dərinləşir.
Oxşar xəbərlər