Gəncə sakini "Azərsu"-dan gileylənir - "camaatı ələ salırlar"

  • 16 may 2021, 13:42
Gəncə sakini Humay Aslanzadə "Azərsu" ASC-nin yarıtmaz fəaliyyətindən şikayətçidir.
"Demokratik.Az" bildirir ki, vətəndaş qarşılaşdığı problemin həllinə can atsa da real nəticə olmadığını bildirərək sosial şəbəkədə aşağıdakıları yazıb:
"Mən artıq bilmirəm hara müraciət edim ki, gəlib bu işi həll etsinlər. 3 ildir yeni kanalizasiya sisteminə keçilib, gətirib yük qoyublar, amma məhləyə keçid edib xətti birləsdirməyiblər. Köhnə isə qırılıb, hər iki həftədən bir axıntısı dayanır, küçənin başından aşdırsaq da faydasızdır. Yağış yağanda isə kanalzasiya geri vuraraq evin həyətini çirkab suyla bir edir. Sonuncu güclü yağış yağanda da buraları sel götürdü, qaynar xəttə zəng etdik, Gəncədəki idarəyə bildirdik. Gec gəldilər, heç baxmadılar ki, nə olub? Fəhlənin biri simlə açmaq istədi ki, baxsın dolubmu, böyükləri gördü ki, pul ala bilməyəcək, qoymadı, "gıəl gedək, lapatkamiz olanda gələrik"-deyib getdi. Başa düşmək də olmur ki, bu serviz maşınında lapatka olmur ki?
Niyə camaatı gic yerinə qoyublar əsəbləriylə oynayırlar. Mənə deyirlər ki, təzəyə qoşulmaq üçün gedin maslojira. "Maslajir"daki idarə neçə ildi işləmir. Belə şey olar, kim gəlib kanalzasiyanı birləşdirəcək axı?..

Sonra gələk içməli suya. Hazırkı evdə biz daimi yaşamırıq, 2015-ci ildən ildə 3-4 dəfə gəlirik bir həftəlik. Müraciət də olunub ki, sayğac qoyulsun. Damkomdan arayış da vermişik, bunlara da baxan yoxdur. 2 ildir sayğac qoydular qeyduyata almadılar. indi də, 3 aydır yaşayış var, baxıram nəfər başına çek gəlir və 330 AZN borc yazıblar üstümüzə. Nəzarətçiyə zəng etdim ki, bu nədi arayış yazılıb, üstəlik sayğac varsa niyə nəfər başına yazılır ödəniş? 2 günden sonra gəldilər qeydiyata aldılar. Demək ki, 2 ildən artıqdır sayğaca 8 yazılıb. Özləridə gördülər ki, işlənilməyib. İdarəyə də müraciət edirəm, ötür - ötürdü, baxan yoxdu. Axı bu qədər də olmaz, niyə camaatı bezdirirsiz ay su qənimləri? Nə gəlib kanalizasiya qoşurlar, nə də heç bir işə baxmırlar..."

Demokratik.Az
Oxşar xəbərlər