Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » ÖZƏL! "Azərişıq" rəhbərliyi reaksiya verdi - vətəndaşın sayğacı geri qaytarıldı - VİDEO
ÖZƏL! "Azərişıq" rəhbərliyi reaksiya verdi - vətəndaşın sayğacı geri qaytarıldı - VİDEO
- 09 may 2021, 14:15
"Azərişıq" ASC-nin rəhbərliyi ötən gecə "Demokratik.Az" saytında yayımlanan "Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+foto sərlövhəli xəbərə operativ reaksiya verib. Nəticədə, mayın 5-də Xəzər Rayon Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu ərazisində yaşayan Fərhadov Vidadi İmaməli oğlunun mülkündən çıxarılan elektrik sayğacı geri qaytarılaraq köhnə yerinə quraşdırılıb.
Bu barədə "Demokratik.Az"-a qəsəbə sakinləri məlumat verib.
Səhər saatlarında qeydə alınan videoçəkilişdən aydın olur ki, bir neçə şəxs tələm-tələsik olaraq sökdükləri sayğacı gətirərək öz yerinə asaraq çıxıb gediblər. Sakinlər bildirir ki, onlar "Azərişıq" ASC-nin texniki nəzarət şöbəsinin Azər və Polad adlı əməkdaşları olub. Sayğac çıxarılarkən və bugün də heç nə olmamış kimi geri quraşdırılarkən adi texniki təhlükəsizliklərə, surğuclama işlərinə yerində əməl olunmaması, nə etdiklərini vətəndaşa yazılı və şifahi izah edilməməsi isə adıkeçən şəxslərin təlimatsız və savadsızlığından xəbər verib.
Hər şeyə rəğmən, "Demokratik.Az" saytı olaraq vətəndaşın və öz adımızdan ASC rəhbəri Vüqar Əhmədova problemin həllindəki mötəbər mövqeyinə görə təşəkkürümüzü bildirir, istehlakçılara qarşı bu kimi xoşagəlməz halların baş verməməsini, bu cür qanunazidd özfəaliyyətlərilə qurumun nüfuzuna xələl gətirən əməkdaşların sərt şəkildə cəzalandırılmasını arzu edirik...
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+foto
“Azərişıq” sayğacı vətəndaşa 420 manata satır
"Azərişıq"ilk qaranlığını saçdı
Gəncədə işıqlar niyə keçir?-şikayət
“Azərişıq”dan Lənkərandakı insidentlə bağlı - Açıqlama
Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarıldı
"Azərişıq" və "Azərenerji" SAVAŞA başladı
"Azərişıq" qışa hazırdımı?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti