Demokratik TV
Xəbər lenti
Göygöldə Üçtəpə sakinləri nələrdən narazıdır?
- 09 may 2021, 13:51
Göygöl rayon Üçtəpə kəndinin bir qrup sakini rayon icra hakimiyyətinə və "Azəravtoyol"-a müraciət edərək bəzi sosial problemlərinin həllini istəyiblər.
"Demokratik.Az"-ın məlumatına görə, sakinlər kəndin içərisindən keçən və Gəncə şəhərinə uzanan magistral yolun yenidən təmir edilməsinə sevindiklərini, lakin həmin yolda sürət həddinin aşılması nəticəsində bir neçə yaxınlarının həyatını itirdiklərini bildirirlər. Bu səbəbdən, yola işıqfor və sürət azaldan xüsusi mənelərin quraşdırılmasını istəyirlər. Bundan əlavə, sakinlər kənddə Mədəniyyət evinin, klubun, bağçanın və bu kimi sosial binaların tikilməsini vacib bilirlər.
Kəndin müəyyən hissəsində içməli su problemi də qalmaqdadır. Əksər evlərdə su olsa da, bir çox insan susuzluqdan hələ də əziyyət çəkir. Buna dair tutarlı səbəb isə vətəndaşlara açıqlanmır.
Qurum rəhbərlərinə ünvanlanan məktubda o da qeyd edilib ki, "AFFA - mini futbol" meydançalarından birinin 10 minə yaxın sakini olan Üçtəpə kəndində quraşdırılması da gənclərin asudə vaxtının daha səmərəli təşkilinə, uşaqların sağlamlığına töhfə olardı. Kənddəki gənclərin asudə vaxtlarını yalnız çayçılarda keçirmələri isə həm də bu kəndin işsizlik problemini ortaya qoyur. Yaxşı olardı ki, yerli İHB kənddə iş yerlərinin açılmasında da maraqlı ola!
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
GÖYGÖLDƏ “QIZIN” İKİ ADAXLISI VAR?
Hərbi şəhərciyin sakinləri Göygöl icra hakimiyyətinə "hücum" çəkdi: "Susuz qalmışıq"
Göygöldə qətl: mühafizəçi bankın qadın əməkdaşının boğazını kəsdi
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Ağsu çayına gələn sel əhaliyə ziyan vurub
Magistral yolda sürət həddi dəyişib
Göygöl sakinləri qazsız qalıb
General Elçin Quliyevin kəndi - Palıdlı (VİDEO)
Göygöl SSİ-də növbəti korrupsiya və özbaşınalıq yamanca gəldi və evləri yuyub apardı - VİDEOREPORTAJ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti