Demokratik TV
"Azərişıq" Xəzər rayonunda vətəndaşın sayğacını niyə söküb apardı? - ŞİKAYƏT+foto
"Azərişıq" ASC-nin Xəzər Rayon Elektrik Şəbəkə-İstismar şöbəsi Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu ərazisində yaşayan Fərhadov Vidadi İmaməli oğlunun mülkündəki işıq sayğacını sökərək aparıb. Məhkəmənin və Nazirlər Kabinetinin müvafiq qərarına ehtiyac duymayan qurum öz evinin zirzəmisində xırda sahibkarlıqla məşğul olmağa başlayan istehlakçını zorakı üsulla işıqsız qoyub.
Bu barədə "Demokratik.Az"-a vətəndaşın özü məlumat verib. Şikayətçi qeyd edib ki, "Azərişıq"in etdikləri əslində məqsədli özbaşınalıq və birokratiyadır. Eləcə də onun qanunla nəzərdə tutulmuş hüquqlarını pozur. Fərhadov Vidadi İmaməli oğlu bildirir ki, 2016-cı ildə rəsmi müraciəti, sifarişi və pul ödənişləri əsasında əhali-istehlakçı tarif sistemi üzrə müvafiq kod açılıb, müqavilə və digər sənədləşmələr həyata keçirilməklə də sözügedən evinə sayğac quraşdırılıb. Ötən müddət ərzində isə qurumla aralarında hansısa narazılıq halı yaşanmayıb, elektrik enerjisinə borclu olmayıb. Lakin, son günlərdə evinin alt mərtəbəsində kənd təsərrüfatı məhsulları satışını edərək dolanışığa can atdığı üçün "Azərişıq"ın əsassız təzyiqlərilə üz-üzə qalıb. Ondan qanuni əsaslar yaranmadan sayğacını yeniləməsi, yeni prosedur üçün yenidən “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamenti vasitəsilə pul ödəməsi tələb olunub. Vətəndaş da razılaşmayıb, nəticədə sayğacı texniki nəzarətçilər vasitəsilə zorən sökülüb qutusundan çıxarılıb.
Fakt üzrə Xəzər RPİ-nin 3-cü polis bölməsində də müvafiq araşdırma başlayıb. Olay nəticəsində şikayətçiyə xeyli miqdarda maddi ziyan da dəyib, satış məqsədilə zirzəmidə saxladığı məhsullar soyudunun işləməməsi səbəbindən artıq xarab olub.
Olay ətrafında cərəyan edən birokratik qaydalardan və şikayətçinin dediklərindən aydın olur ki, sayğacın qurum tərəfindən sökülməsinin səbəbi evin təyinatının dəyişməsi, guya qeyri-yaşayış sahəsi kimi fəaliyyətə başlamasıdır. Anlaşılan odur ki, istənilən halda istehlakçının hüququ qəsdən pozulub, dövlət qurumu Nazirlər Kabinetinin də təsdiq etdiyi "Elektrik enerjisindən istifadə QAYDALARI"nı unudub. O qayda aydın edir ki, "Elektrik enerjisi təchizatı hansı hallarda dayandırıla və ya elektrik sayğacı hansı hallarda dəyişdirilə bilər?". Maraqlıdır ki, vətəndaşın başına açılan oyunun sözügedən suallara cavabda heç bir bəraəti yoxdur!
Bildirək ki, son günlərdə ASC rəhbəri Vüqar Əhmədovun xüsusi tapşırığı əsasında Bakıda oxşar işlər həyata keçirilir. Redaksiyamızın əldə etdiyi digər məlumatlar əsasında Bakı şəhəri və ətraf qəsəbələr üzrə "qeyri-əhali" siyahısında olan sahibkarlıq subyektlərinə "texniki şərt" tələbilə necə hücumlar edilməsinə, bu yolla qanundankənar ödəniş sistemilə nə qədər rüşvət toplanmasına daha müfəssəl aydınlıq gətirməyə çalışacağıq!
Demokratik.Az "Azərişıq" ASC-nin rəsmi mövqeyinə də sayğısını ifadə edir...
Osman Nərimanoğlu
Demokratik.Az