Demokratik TV
Ramiz Mehdiyev kürəkəninin qardaşına AMEA-da vəzifə verdi
Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib. Unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifə Fikrət Əliyevə həvalə edilib.
Qeyd edək ki, o, AMEA-nın İşlər idarəsinin müdir müavini vəzifəsində çalışıb. Həmçinin F.Əliyev Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA-nın iclasında qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.
Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevin vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin mətbuata verdiyi açıqlmada qeyd olunub ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə ona məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin edilmək üçün göndərilir.
ABU-da prorektor olan Fikrət Əliyev daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. 2017-ci ildə işdən çıxarılıb.
Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən bir ay sonra sonra sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı – keçmiş millət vəkili Elton Məmmədovu AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib. Bir neçə aydan sonra – bu ilin yanvar ayının 16-da isə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib.
Fikrət Əliyevi isə AMEA İşlər idarəsinin müdir müavini vəzifəsinə gətirib.
Bir müdddət əvvəl Elton Məmmədovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb. Məlumata görə, AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.
Elton Məmmədov "AzPolitika.info"-ya açıqlamasında məzuniyyətdə olduğunu, işdən kənarlaşdırılmadığını bildirib.
Ancaq Mehdiyevin AMEA-nın İşlər idarəsinə müvəqqəti müdir təyin etməsi Elton Məmmədovun geri qaytarılmayacağını göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA Prezidenti təyin olundudan sonra ətrafına elmə yad, reputasiyası zədəli məmurları, yaxın qohumlarını toplamasını onun yalnız elm cameəsinə deyil, bütövlükdə ictimaiyyətə nümayişkəranə hörmətsizliyi, hətta cəmiyyətə və dövlətə meydan oxuması kimi izah edilir...