Ucarın Qazyan kənd sakinləri ayaqlandı - "Yolumuzu düzəldin..!" - VİDEO

  • 19 apr 2021, 18:42
Ucar rayonunun Qazyan kənd sakinləri yolsuzluqdan və susuzluqdan əziyyət çəkirlər. Onlar kütləvi şəkildə ölkə rəhbərliyinə müraciət ediblər.
Demokratik.Az bildirir ki, kənd sakinlərinin müraciətində aşağıdakılar qeyd edilir.
"Bildiririk ki, hazırda Ucar rayonu Qazyan kənd ərazuisində yol tikintisi işləri aparılır.Ancaq çox təssüf olsun ki, bu şikayət ərizəsini imza edən 100 ailənin yaşadığı əraziyə gedən yola asfalt çəkilməsi nəzərdə tutulmayıb.Bu isə qanunsuzluq və laqeyidlikdir ki, müəyən vəzifəli şəxslər həyata keçirirlər. Baxmayaraq ki, Qazyan  kəndinin küçələrinin yolunun hamısına asfalt örtüyü çəkilsədə bizim yaşadığımız əraziyə çəkilmir. Həmin ərazidə yerləşən kənd qəbirstanlığının yoluda bərbad vəziyyətdədir. Bizim ailədə azyaşlı uşaqlar, qoca və xəstə insanlar var ki, onlar yolsuzluğa görə çox əziyyət çəkirlər. Uşaqlarımız yolsuzluğa görə məktəbə gedə bilmirlər.Yolun bərbad vəziyyətdə olmasına görə yayda tozdan qışda isə palçıqdan hərəkət etmək olmur.
Biz bu qanunszuluq barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ərizə ilə müraciət etsəkdə icra olunması Ucar rayon icra hakimiyyətinə həvalə olunduğu üçün heç bir tədbir görmədilər.Çünki  icra başçısının müavini Vaqif Mehdiyev buna maneə oldu.Bizə söz verildi ki, yol tikintisi başlayan kimi ilk növbədə sizin yaşadığınız ərazinin yoluna asfalt çəkiləcək.Biz inanıb ümüd etdik ki, söz verilibsə əməl ediləcək.Ancaq yol tikintisi Qazyan kəndində başqa ərazidə aparılsada bizim yola asfalt vurulmasının nəzərdə tutulmadığını bildirdilər. Bizim yaşadığımız ərazinin yolunu görən hər kəs dəhşətə gəlir ki, müasir dövürdə Azərbaycan Respublikasının vətəndaşı yolsuzluğa görə əziyyət çəkir.Hansı ki, yol tikintisi və abadlıq işləri üçün cənab Prezident dövlət büdcəsindən hər il küllü miqdarda vəsait ayrır.
Yol tikintisinə görə  Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.Yol həyatdır, yol inkişafdır.Ancaq  bir kəndin yol tikintisi nəzərdə tutulubsa bunu bütün hissəyə aid etmək lazımdır.Kəndin bir hissəsi yol tikintisinə sevinsədə digər hissəsinin əhalisinin arzusu gözündə qaldı. Bu isə ayrıseçkilik və yarımçıq iş görmək deməkdir. 
Buna görə biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət etməyi qərara aldıq.  
İnanıb ümüd edirik ki, Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva bu şikayəti araşdırıb çıxılmaz vəziyyətdə olmağımızı nəzərə alıb bizim yaşadığımız əraziyə yol çəkilməsinə tapşırıq verəcəklər.
Sizdən xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb bu ərizəni imzalayan vətəndaşların yaşadığı əraziyə asfalt çəkilməsini təmin edəsiniz".
 
İmza; Ucar rayonu Qazyan kənd sakinləri
1. Həsənov Şahin Əliheydar oğlu  Əlaqə telefonu; (050) 453-49-29
2.Qasımov Teymur Əlikram oğlu əlaqə telefonu; (051) 380-61-05
3.Həmidov Əvəz Ağalı oğlu
4.Abdullayev Təbriz Əliyar oğlu
5.Səmədov Rafiq Nazim oğlu
6.Kərimov Elçin Tahir oğlu 
7.Qasımov Rüstəm Alı oğlu
8.İbrahimov Müşfiq Səmid oğlu
9. Cəfərov Sarı Qəfər oğlu
10. Həmidov Rəşid Məhəmmədəli oğlu
11. Abdullayev Eldar Abdul oğlu
12.Həsənzadə Elnur Şahin oğlu
13. Abbasov Məsim Abbasqulu oğlu
14.Mehdiyev Saleh Qamət oğlu
15. Abdullayev Elxan Abdul oğlu
16. Abdullayev Mahir Məmməd oğlu
17. Abdullayev Faxrət Ağasəf  oğlu
18. Rəhimov Əhməd Arif oğlu
19. Quliyev Şahin Əli oğlu
20. Vahidpv Vahid Məhəmmədəli oğlu
21.Vəliyev Ülvi Ağasəf oğlu
22. Vəliyev Rahib Kamil oğlu
23. Əhmədov Ehtiram Əhməd oğlu
24. Mahmudov Mahmud Zakir oğlu
25. Əhmədov İlqar Surxay oğlu
26. Əliyev Mahmud Məmməd oğlu
27.Bağırov Ceyhun Bilal oğlu
28. Quliyev Kamil Davud oğlu
29. Rəhimov Lətif Rəhim oğlu
30. Əliyev Nicat Musa oğlu
31. İsmayılov Elşən Cavad oğlu 
32.Bağırov İsmayıl Nazim oğlu
33. Məlikov Vüqar Mehman oğlu
34. Abdullayev Kamil Həsən oğlu
35.Məmmədov Aydın Əlsaab oğlu 
Oxşar xəbərlər