Alimpaşa Məmmədov müavinini Təhsil müdiri təyin etdirdi

  • 13 apr 2021, 23:12
Şəmkir Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov özünün birinci müavini Qüdrət Məhərrəm oğlu Əliyevi tutduğu vəzifədən azad edərək xüsusi təqdimatla Şəmkir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə transfer edib.
Xatırladaq ki, Şəmkir TŞ-nin rəhbəri Məcid Şıxlinski olub. O uzun illər sözügedən vəzifəni tutmaqla yalnız indi - 70 yaşının tamamında təqaüdə çıxarılıb. 
Şəmkir rayon İcra hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə isə təyinat yoxdur.
Oxşar xəbərlər