"Səs"-in baş redaktoru pivəsatan, Rasim də Hacıbalaya tərifyazan olub - ŞOK İDDİA

  • 04 apr 2021, 17:05
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin korrupsiya cinayətlərində təqsirli bilinərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilməsi diqqəti "SƏS" qəzetinə və onun baş redaktoruna da yönəldib. Belə ki, bir sıra jurnalistlər, eləcə də xəbər saytları Rasim Quliyevin vaxtilə müxbir olduğunu, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyevin də keçmiş işgüzarlığını xatırladaraq, qardaşlara qarşı müxtəlif tənqidlər yağdırıblar. 
"Demokratik.Az"-ın məlumatına görə, Rasim və Bəhruz Quliyevlərin Hacıbala Abutalıbova yaxın qohum olmaları, həmişə öz yazılarında ona mədhiyyələr demələri, tutduqları mövqeyə isə sabiq Bakı merinin hesabına yüksəlmələri müzakirə olunub. Ən maraqlısı, bir neçə tanınmış jurnalist Bəhruz Quliyevin vaxtilə pivə və qadın alt paltarları satdığını da bildirərək, onun iqtidaryönlü bir qəzetə rəhbər gətirilməsini şiddətlə qınayıblar.
ŞƏKİLDƏKİ - VEYDƏDDİN PİRƏLİYEVDİR
Vaxtilə "Səs" qəzetində Baş redaktorun müavini olmuş jurnalist Veydəddin Pirəliyev feysbuk müzakirələrində bunları yazıb:

"Mən "Səs" qəzetində Baş redaktorun müavini işləyəndə Rasim Quliyev müxbir işləyirdi. Yazdığı məqalələr isə Hacıbala Abutalıbovun tərifinə həsr olunurdu. Onda Bəhruz 8-ci kilometr bazarında piyvə satırdı. Sonradan Hacıbalanın hesabına onların biri BŞİH-nə, ikincisi isə "Səs" qəzetinə "baş redaktor" təyin olundular. Çünki onlar Hacıbalanın yaxın qohumları idilər. Əli Həsənov məni ələ ala bilmədi. Onun təkliflərini rədd etdim. Odur ki, mənə qarşı kompaniya olmasın deyə təklifləri ilə razılaşıb öz xahişimlə işdən azad oldum. Həmin hadisədən bir müddət əvvəl Rəhmətlik Heydər Əliyev YAP-ın yığıncağında məni tərifləmişdi. Məhz, bu nöqteyi-nəzərdən mənim öz xahişimlə işdən azad olmağım Əli Həsənova və Ağabəy Əsgərova çox vacib idi. Yaşa Azərbaycan!.."

Veydəddin Pirəliyev daha sonra Rasim və Bəhruz Quliyev barədə: "Mən dəqiqliyi ilə bilirəm. O, (Bəhruz -red) həm piyvə, həm də qadın alt paltarı satmaqla məşğul olub. Jurnalistikanın nə olduğunu bilməyən, bir məqalə yazmağa qadir olmayan bir kəsin 20 il "baş redaktor" işləməsi doğrudan da möcüzədir. Hacıbala Abutalıbov Ağabəy Əsgərova və Siyavuş Novruzova yaxşı pay verməklə onu bu vəzifəyə təyin etdirmişdir. Onların ataları 1998-ci ildə xəstə olanda əməliyyata və dərmana pul tapmırdılar. Mən 100 "şirvan" onlara borc verdim, başqa çoxlu yaxşılıqlar da etmişəm.." - deyə maraqlı faktlar səsləndirib. 

"Səs"-in sabiq əməkdaşı onu da xatırlayıb ki, Rasim Quliyev onu Ağabəy Əsgərova və Siyavuş Novruzova satıb, onun üzünə durub. Və indi də bu qardaşlar Hacıbala Abutalıbovu, sözsüz beş qəpiyə satacaqlar...
ŞƏKİLDƏ - İKRAM RƏHİMOV
Müzakirəyə yol açan statuslardan birinin müəllifi, "ReallıqTV"nin baş redaktoru İkram Rəhimov isə: "Prezidentin keçmiş köməkçisi Əli Həsənovun trollarından biri olan "Səs" qəzetinin baş redaktoru indi çıxıb deyir ki, qardaşı Rasim Quliyev jurnalist olub və media qurumunun rəhbəri kimi dövlətə xidmət edib. Nə deyəsən buna. Özü dövlətə xidmət etmədiyi halda, rüşvətxor qardaşının dövlətə sadiq olduğunu söyləmək nə qədər həqiqətdir? Allah Azərbaycanı belələrindən qorusun!"-deyə olaya və Quliyevlərə eyham edib.

Daha bir iddiaya görə isə, Bəhruz Quliyev gəncliyində hərbidə də işləyib. O, həm də praporşik (gizir) kimi əmək təcrübəsinə malikdir. Lakin, bu barədə səhih bilgilərə rast gəlinmir.

"SƏS" qəzetinin və Bəhruz Quliyevin uzun illər prezidentin sabiq köməkçisi Əli Həsənov vasitəsilə kurasiya edildiyinə dair təkzibedilməz faktlar da mövcuddur.  
B.Quliyevin wikipedia bilgilərində isə onun alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert olduğu, "SƏS" qəzetinin təsisçi-baş redaktoru olduğu iddia olunur...  
Demokratik.Az Bəhruz Quliyevin mövqeyinə sayğısını ifadə edir.
Demokratik.Az
Oxşar xəbərlər