Korrupsiya cinayətilə tutulan məmur "hozu" ləqəbli baş redaktorun qardaşı imiş

  • 03 apr 2021, 13:34
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev korrupsiya cinayətlərində təqsirli bilinərək həbs edilib.
Demokratik.Az bildirir ki, R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Rasim Quliyev
İddialara görə, o, 2018-ci ildə bu vəzifəni tutub və qısa müddət ərzində sabiq mer Hacıbala Abutalıbovu aldatmaqla bir sıra korrupsiya halları həyata keçirən, paytaxtda süni narazılıqlar yaradan aktiv şəxs olub. 
Onu da bildirək ki, R.Quliyev "Səs" qəzetinin "Hozu" ləqəbli baş redaktoru Bəhruz Quliyevin qardaşıdır. Aldığımız məlumata görə, qardaşının həbsinə ciddi etiraz edən baş redaktorun yaxın vaxtlarda "Səs" qəzetinin rəhbərliyindən uzaqlaşdırılacağı da qaçılmazdır.
Demokratik.Az
Oxşar xəbərlər