Samux sakinindən Alı Qocayevə: "Ay vətən xaini, xalq düşməni..." - VİDEO

  • 29 mart 2021, 14:33
Samux rayonunda Alı Qocayevin yaratdığı süni birokratiya, rəhbəri olduğu aqrar rayonun kənd təsərrüfatı sahəsinə vurduğu ziyan yerli sakinləri hələ də narahat etməkdədir. Adıkeçən başçının bu rayona gəlişindən bəri narazılığın həddi azalmır, əksinə artmaqdadır.
"Demokratik.Az"-ın bildirdiyinə görə, icra başçısı uzun illərdir ki, rayonda saysız-ölçüsüz torpaq sahələrini qəsb etməklə özünə parniklər, bir neçə mülklər tikdirib, rayonun daxili imkanlarından və texnikalardan istifadə etməklə 10 hektarlarla ərazidə əkin edib və bağlar saldırıb.
Daxil olan yeni şikayətə görə, hələ 2019-cu ildə bir sakin tərəfindən ifşa edilən Alı Qocayev durmaq bilmir, o özünü xalqa qulluq etməli olan məmurdan daha çox biznesmen-fermer kimi aparır. 
"Kanal13"-də illər əvvəl yayımlanan videomaterial da söhbətin əslində nədən getdiyinə aydın işıq salır.
Şikayətçi sakinlər bu ilin də ağır keçəcəyini düşünərək rayonda müvafiq araşdırmalar aparılmasının tərəfdarı olduqlarını bildirirlər. Bəlkə, bu yolla Alı Qocayev və qeyrilərinin rayonda yaratmış olduqları əngəllərdən qurtulmağa ümid edirlər.
Demokratik.Az Samux İHB-nin və şəxsən Alı Qocayevin də mövqeyinə sayğısını ifadə edir.
Demokratik.Az
Oxşar xəbərlər