Rövşən Əkbərovun dostu olan general da SAXLANILDI

  • 16 mart 2021, 14:13
Ehtiyatda olan general-mayor Xəqani Cəbrayılov saxlanılıb.
Bu barədə yayılan xəbərlərə əsasən, sabiq korpus komandiri saxlanılaraq istintaqa cəlb edilib.
X.Cəbrayılovun saxlanılması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Ehtimal edilir ki, onun həbsi keçmiş fəaliyyətilə bağlıdır. Digər korpus komandirlərinin də istintaqa cəlb ediləcəyi deyilir.
Demokratik.az xatırladır ki, X.Cəbrayılov ötən gün həbs olunan sabiq korpus komandiri, general Rövşən Əkbərovun yaxın dostu kimi tanınır.
Demokratik.az
Oxşar xəbərlər