Şəki sakini maraqlı sosial problemlə üzləşib - ŞİKAYƏT

  • 14 mart 2021, 13:51
Şəki rayonunun Baş Göynük kəndində yaşayan kasıb və işsiz vətəndaş Bəkirov Yusif Bəybala oğlu müqavilə üzrə 2 ay İşlədiyi sosial işə görə əmək haqqının verilməməsi və aldığı 190 manat müavinətin verilməməsindən şikayətlənir. 
"Demokratik.Az" bildirir ki, Vətəndaşın ölkə rəhbərliyinə və I vitse-prezident xanım Mehriban Əliyevaya ünvanladığı şikayət ərizəsində aşağıdakılar qeyd edilir.  SİTAT: "Hörmətli xanım Mehriban Əliyeva, Bildirim ki, mənə 2020-ci ilin aprel ayı üçün işsizliyə görə cəmi bir dəfə 190 manat müavinət təyin etdilər. Yəni, 600 min nəfər sosial yardım alanların içində mən də oldum. Və həmin pulu 24 apreldə poçt şöbəsindən aldım. Aprelin 28-dən sonrakı vaxta isə məni müqavilə ilə 2 ay müddətinə sosial işə götürdülər. İyulun 1-nə qədər iki ay işləmişəm. İşə girdiyimə görə də cəmi bir dəfə aldığım 190 manat müavinəti kəsiblər. Lakin iki aylıq müqavilə əsasında ( ayda 250 manat) alacağım maaşı da kəsiblər. Yəni mən hər iki müavinətin ( 190 və ya 250 manatın)  alınmasından səbəbsiz kəsiblər. ƏƏSMN-nin Şəki şöbəsindən bildirdilər ki, bu bizlik deyil, sənin maaşını Nazirlik  kəsib. Nazirliyə də məktub yazdım cavab vermədilər. Adıma da bank kartı açmışdılar. Boş qalıb . pul yükləmədilər.
Bildirim ki, 5 nəfərdən ibarət ailəm var. Ikisi tələbə, biri isə şagirddir.Yoldaşım da mən də işsiz oturmuşuq evdə. Sizdən xahiş edirəm ki, işədiyim 2 aya görə əməkhaqqımın( 500 manat) və iyulun 1-dən sonra isə işləmədiyimə görə veriləsi 190 manat müavinətin dolanmağım üçün mənə verilməsinə köməklik göstərəsiniz".
Ümidvarıq ki, vətəndaşın müraciəti öz müsbət həllini tapacaq!
Demokratik.Az
Oxşar xəbərlər