Demokratik TV
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub

Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Digər şəxslər ilə izahedici- profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.
Demokratik.Az
