Qubanın icra başçısı Ukraynadakı biznesinə necə davam edir? - Yeni faktlar

  • 21 fev 2021, 22:14
"Ukraynanın KORRUPSİYANIN QARŞISININ ALINMASI ÜZRƏ MİLLİ AGENTLİyi Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki şirkətinə və asfalt zavoduna qoyduğu 7 milyon avronun "halal" olması barədə fətva verib. Belə ki, Lvov vilayətində elan olunan tenderlərdən birində iştirak etmək üçün "ALOV-BUD" MMC antikorrupsiya idarəsindən arayış almaq məcburiyyəti ilə üzləşib. Həmin idarə də şirkətin direktoru Vüqar Hacıyevə "halallıq serifikatı" təqdim edib". 
Demokratik.Az bildirir ki, bu xəbəri sosial şəbəkədəki hesabında tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. Məmur üçün biznes fəaliyyəti qadağan edilsə də, Ukraynada biznes fəaliyyətinə davam edən icra başçısı haqda daha sonra qeyd olunur ki;
"Ziyəddin Əliyev hələ ötən ilin mayında Ukraynada korrupsiya əleyhinə araşdırmalarının hədəfindən yayınmaq üçün "Alov-bud" MMC-nin qeydiyyat sənədlərində müəyyən dəyişikliklər apararaq, adını sənədlərdən çıxartdırıb. Şirkət onun ən yaxın adamı və Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib. 
Vüqar Hacıyev Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır".





Oxşar xəbərlər