Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » DYP başqanı 70 yaşını da kresloda qarşıladı: O təqaüdə yola salınacaqmı?
DYP başqanı 70 yaşını da kresloda qarşıladı: O təqaüdə yola salınacaqmı?
- 19 fev 2021, 22:02
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun 70 yaşı tamam olub.
Demokratik.Az xəbər verir ki, 1951-ci il fevralın 19-da anadan olan R.Zeynalov 1994-cü ilin avqust ayından etibarən adıçəkilən idarənin rəisidir.
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə əsasən polis general-mayoru ali rütbəsi daşıyan şəxslər 60 yaşına qədər xidmət edə bilərlər. Bu Əsasnamə ilə nəzərdə tutulan hallar istisna olmaqla, xidmətin yaş həddinə çatmış əməkdaşlar daxili işlər orqanlarından xaric edilirlər.
Xüsusi rütbələri tutduqları vəzifələri üçün müəyyən edilmiş rütbə həddinə müvafiq olduğu halda, işlədiyi son 5 ildə xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirmə tədbirləri tətbiq olunmuş və intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir), orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar onların razılığı olduqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən artırıla bilər. Əsasnaməyə görə yaşı 70-ə çatmış ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbəsi olan şəxslər xidmətdən azad edilirlər
Qeyd edək ki, Azərbaycanda bu günə qədər Daxili İşlər orqanlarında yaşı 70-i keçmiş polis general-mayoru ali rütbəsi daşıyan şəxs olmayıb.
Ona görə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi istisna edilmir. / Unikal.org

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ramiz Zeynalov vəzifədən azad olundu
General Sərvər Mehrəliyev nazirin müşaviri təyin edildi
PREZİDENT POLİS ZABİTLƏRİNƏ GENERAL RÜTBƏSİ VERDİ
Zeynalov qardaşları təqaüdə getməyə hazırlaşır
Daxili İşlər Nazirliyi xanımları işə dəvət edir
Bugün Daxili işlər naziri Vilayət Eyvazovun doğum günüdür
Vilayət Eyvazov MMX-ya yeni rəis təyin etdi
GENERAL Fransada 20 milyonluq biznes qurdu
DİN generalı təqaüdə göndərildi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti