Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » DTX məlumat yayd - Rasim Məmmədov 55 milyon manatlıq mənimsəmədə ittiham olunur
DTX məlumat yayd - Rasim Məmmədov 55 milyon manatlıq mənimsəmədə ittiham olunur
- 03 fev 2021, 10:29
“Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb.
Demokratik.Az DTX-nin saytına istinadən xəbər verir ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Son dəqiqə! DTX XİN-də əməliyyat keçirir
DTX-nın həbs etdiyi XİN əməkdaşlarının kimliyi bəlli oldu
Rasim Məmmədova 4 ay həbs verildi
DTX Neftçalayla bağlı açıqlama yaydı
“Azərxalça”da milyonları yeyən keçmiş sədr həbs edildi
DTX XİN -də keçirilən əməliyyatın VİDEOsunu yaydı
DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
Oliqarxlar arasında ZAVOD QOVĞASI
DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı – AUDİO
DTX “Baku Steel Company”də araşdırmalara başladı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti