Əziz Əzizov Fuad Cəbrayılovu niyə özünə müavin apardı?

  • 27 yan 2021, 19:09
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu posta təyinat aldıqdan sonra dəfələrlə qalmaqallı kadr siyasətinə görə gündəmə gəlib. Hələ ilk günlər öz bacısı oğlu Ağayev Murad Əsgər oğlunu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin etməsi uzun müddət medianın diqqətində saxlanıldı. İndi isə cumhuriyyet.az-a Ə.Əzizovun gizli müavin təyinatı haqda məlumat daxil olub. Söhbət uzun müddət Abşeronda ad çıxarmış Fuad Cəbrayılovdan gedir.
Məlumat üçün bildirək ki, F.Cəbrayılov Abşeron rayon icra hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Aşağıda təqdim etdiyimiz fotodan da göründüyü kimi hazırda bu post boşdur (http://absheron-ih.gov.az/page/21.html).  Abşeronda tikinti, təhsil və bağça sektorunu tam nəzarətdə saxlayan, xanımbaşçının sağ əli olan Fuad müəlim birdən birə vəzifəsindən qeyb olub.
Demokratik.Az-ın cumhuriyyet.az-a istinadən bildirdiyinə görə belə bir əvəzolunmaz kadrın vəzifədən getməsi karantin dövründə Abşeron rayon ərazisinə təsadüf edən, bütün ölkəyə səs salan məlum toy olayı rol oynayıb. Toyun faş olunmasında müstəsna rol oynayan F.Cəbrayılov özü bu rayonda işləmək istəməyib və bu kadra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sahib çıxıb. Amma maraqlıdır ki, Fuad müəllimin Abşeron rayonundan kənarlaşması kimi, Suraxanı rayon icra başçısının müavini təyin olunması da gizli saxlanılıb. Suraxanı rayon icra hakimiyyətinin saytında müavin postu boş göstərilir (http://surakhani-ih.gov.az/page/21.html).
Onu da bildirək ki, F.Cəbrayılovla Ə.Əzizov arasındakı əlaqədə ölkənin məşhur əmlak kralları Arif Qaraşov-Kərəm Həsənov faktoru rol oynayır. Bu əlaqə və Fuad Cəbrayılovla bağlı bəzi məqamları cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxardıq. Fuad Cəbraylov Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində işlədiyi dövrdə şöbənin müdiri Vidadi müəllimin xəstəliyindən istifadə edərək çoxlu sayda qanunsuz işlər görüb. Onun gördüyü əsas qanunsuz işlərdən biri Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar verməsi və yetkinlik yaşına çatmnayanlara belə “kupça” verilməsi işlərinin olduğu deyilir. Həmin vaxtlar Fuad Cəbrayılov qanunsuz sənədlərdən külli midarda pullar əldə edərək Abşeronda xeyli sayda obyekti ələ keçirib.
Mediada yer alan və rəsmən təkzib olunmayan məlumata görə, Reyster Xidmətinin Abşeron şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəszilik Nazirliyi də qarışıb. Nazirlik şiakyətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyster Xidmətinin Abşeron şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılovunda həbs edilib. Lakin Fuad Cəbrayılov qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib. İddaya görə, Fuad Cəbrayılov azadlığa çıxaması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsi ilə külli miqdarda rüşvət verib. Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuzluların ortaya çıxaması və MTN-nin əməliyyat keçirməsindən sonra şöbə müdiri Vidadi müəllimin qovulduğunu bildirən mənbəmiz qeyd edir ki, Fuad Cəbrayılov Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlayıb. Amma Arif Qaraşov Dövlət Reyster Xidməti rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.
Bir müddət qaynatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonrada məhz qaynatasının köməkliyi ilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir. Qeyd edək ki, Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərov DYP-də vaxtı ilə tabor komandiri olub və onun oğlu Zaur Cəfərov bir vaxtlar Səbael Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Sabiqdaxili işlər naziri Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun vəzifəsindən qovulmasının səbəbi isə bir ilin təxminən 190 günün xarici ölkələrdə keçirməsi və əksər hallarda rəhbərliyə məlumat verməməsi olub. Onuda qeyd edək ki, Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərov keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır. Məhz Fuad Cəbraylov qaynatasının qohumluğu sayəsində uzun müddət xidmətin Abşeron şöbəsində işləyib. Abşeron İcra Hakimiyyətində bir müddət baş məsləhətçi işləyən Fuad Cəbraylov sonradan Zakir Fərəcov tərəindən indiki icra başçısı İradə Gülməmmədovanın yerinə – icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
Demokratik.Az-a daxil olan digər iddialara görə, F.Cəbrayılovun Abşerondan Suraxanıya transferi hektarlarla torpaq sahəsinin iki rayon üzrə paylanışındakı maxinasiyalarla daha çox bağlıdır. Bu barədə ayrıca xəbərdə...
Demokratik.Az cumhuriyyet.az saytında yer alan yuxarıdakı xəbərdəki faktlara görə adıkeçən şəxsləri dinləyib mövqeyini dərc etməyə hazırıq!
Demokratik.Az
Oxşar xəbərlər