Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Şəhid ailələri narazılığı davam etdirir - icra başçısı “Orada əvvəllər müharibə veteranları dəfn olunurdu" deyir
Şəhid ailələri narazılığı davam etdirir - icra başçısı “Orada əvvəllər müharibə veteranları dəfn olunurdu" deyir
- 27 yan 2021, 11:24
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə həlak olan şəhidlərin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirlər.
Bakının Yasamal və Nəsimi rayonundan olan, şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlər dəfn yerinin ikinci Fəxri xiyabana köçürülməsini istəyirlər. Onlar dünən sinə daşlarını qaldıraraq qəbirləri su basdığını göstəriblər.
Məsələ ilə bağlı Musavat.com-a danışan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyinədir:
“Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.
İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: “Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Bakı meri Qaradağın icra başçısına töhmətə münasibət bildirdi
Aslan Aslanov Şəmkirdə dəfn olunub
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər
Hacıbala Abutalıbov: “Bakıda 140 binada bu materialdan üzlük var”
Şəhid hərbçilər dəfn olunub - Fotolar
Azərbaycanda ən gənc icra başçıları - Siyahı
MTN Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib
Saatlının icra başçısı da işdən çıxarıldı
17 rayonun icra başçısı istefaya "gedəcək" – SİYAHI
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti