Demokratik TV
Qaradağda avtomaşın cərimələndi - əlavə avadanlıq niyə sökülmədi?

Bu barədə Demokratik.Az- a danışan sürücü Anar Abbasov hüququnun pozulduğunu, postda ayrıseçkiliyin olduğunu deyib. Sürücü bildirib ki, digər maşınlara qarşı hər saat cərimə yazılmır, bu cərimə isə onun üçün artıq ikinci haldır.
Doğrudan da müəmmalıdır ki,
Əgər 160 manat nəzərdə tutulan cərimə düzgün tərtib edilmişdirsə, maşında quraşdırılan divan oturacağı niyə sökülmədən yoluna sərbəst davam edib?
Hadisə bugün 18:19- da qeydə alınıb.
İnanırıq ki, hadisənin araşdırılması və postun özbaşınalığı DİN- in diqqətini çəkəcək.


