Demokratik TV
Mülkiyyət hüququ olmayan vətəndaş Gəncə icra hakimiyyətini məhkəməyə verdi
Gəncə İnzibati-iqtisad məhkəməsi heç bir rəsmi mülkiyyət hüququ olmayan vətəndaşın şəhər icra hakimiyyətinə qarşı iddiasını icraatına qəbul edib.

İddiaçının heç bir marağına toxunmayan və qanuni qüvvəsini almış bir sərəncamın belə asanlıqla mübahisələndirilməsi, eləcə də hakim Zəfər Quliyev tərəfindən sorğu-sualsız icraatına alınması olduqca maraq doğurur.

Xatırladaq ki, adıçəkilən vətəndaşlar arasında mülki mübahisə aylardır ki, baş qaldırıb.
Xəbər verdiyimiz kimi, Sərxan Hüseynov heç bir hüquqi əsaslar olmadan M.Məmmədovanın mülkiyyətini zorla ələ keçirib, bu özbaşına işdə isə ona Gəncə İcra məmurları və hakimlərin əsassız qərarları yardım edib.
Bizə sızan özəl bilgiyə görə, icra hakimiyyəti müvafiq sərəncamı qanuni hesab edir və onun etibarda saxlanılması üçün bütün hüquqi müdafiə taktikasından istifadə edəcək.
Bundan öncə də İHB rəsmiləri şəhər mərkəzindəki binanın zirzəmisini "işğal edən" və iddia üçün heç bir mülkiyyət hüquqları olmayan Sərxan Hüseynova yazılı izahatlar və etirazlarını bildirib.
Mövzu diqqətimizdədir...
Gəncədə ÖZBAŞINALIQ! Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - ŞİKAYƏT
Demokratik.Az