Tənəzzüldən dirçəlişə gedəkmi?! "Dağılsın Mətbuat Şurası, rədd olsun media inhisarçıları..."

  • 25 yan 2021, 11:21
(BİRİNCİ HİSSƏ)
Düz üç il öncə - 2018-ci ilin yayından başlayaraq prezidentin sabiq köməkçisi, məşhur "media qəssabı" Əli Həsənovun trollarının (burada "trol" kimliyini gizlətməyən, lakin şəxsiyyəti kölə olanlar anlamındadır - O.N) sistematik hücumuna məruz qalmışdım. Vaxtilə Əliyevlər hakimiyyətinə ağır hədyanlar yağdırıb sonradan KİVDF pullarını quldurcasına qamarlayanların və talayanların bir qarın yeməyinə, bir neçə yüz manatına aludə olan və onlara lap "cib iti" funksiyası yerinə yetirənlərin ağızlarının sözü, ailələrinin müzakirə predmeti, ucuz media orqanlarının da ən qiymətli manşet xəbəri olmuşdum. Gecələrin korunda şənimə yağan təhqirlərdən və uydurma yazılardan o qədər bezmişdim ki, intihara belə qalxışmışdım. Xoşbəxtlikdən, "şeytana lənət!" deyə bilmişdim...
Bu sətirlərdəki qeydim məni tanıyanların zehnində söhbətin nədən və kimlərdən getdiyini xatırlatdı deyə düşünürəm.
Bu günlərdə azadlığına qovuşan jurnalist, "reallıq.info" saytının rəhbəri İkram Rəhimovun həbsi də məhz həmin acı mərhələyə, prezidentin sabiq köməkçisi Əli Həsənovun trollaşdırdığı vulqar və ələbaxan media mühitinə təsadüf edirdi. Onda Əlinin "qılıncı" tamahı qədər iti, adı da adam həbs etdirəcək qədər vahiməliydi... 
Dönüb geriyə boylananda o günlərin quyruq bulayanlarının nə qədər rəzil, hansı dərəcədə qorxaq və yaltaq olduqlarını eyni nifrətlə və üzülərək xatırlayıram. Unuda bilmirəm ki, özünü cəmiyyətə "zek-müxbir" kimi ağıllıca sırıyan məhəmmədəlilər və aydınlar, deputat ola-ola saxta qurultay qərarları ilə Azərbaycan Mətbuat Şurasına da sədrliyi əldə saxlayan əflatunlar, 100 minlərlə manat qrant pullarını sorğusuz-hesabatsız basıb yeyən müşviqlər, Rövnəqə sığınan vüqarlar, bir neçə sayt yaradıb fövqəlnazirdən pul dilənən aynurlar, fəaliyyəti boyunca işverənliyi şərəf bilən zırrama acı cəfəriyyələr, fahişə bacısının döşünün giləsini dişləyib qoparan adama "qaqa" deyən qaçqın şantajniklər ("qurd" təxəllüslülər), ölkəmizin dəyərli ziyalılarını sifarişlərlə təhqir edən ağzıayrıq talehlər, efirdə "pedofiliya"sını təbliğ etmiş molla avazlılar və bu tipli digər ucuzlar sürü halında adımın və qələmimin ağırlığına sürtünürdülər. Bununla daha da məşhurlaşıb məhz Əli Həsənova və ətrafındakılara yalmanmaqla sanki yarışırdılar. Bunun üçün hər pozada dördnala, yəhərsiz-yüyənsiz üstümə çapırdılar.
O günlərdə hansısa şəxsi və ya media əxlaqı daşımayanlar adıçəkilən həmkarımızla birlikdə olan şəklimi əldə bayraq edərək istintaq dövründə İkram Rəhimova qarşı da ağır ittihamlara və təhqirlərə yer ayırmaqla Osman Nərimanoğlu imzasını da şantaj və təhdid edəcək həddə dibə enirdilər. Proseslərin Mətbuat Şurası səviyyəsində idarə edilməsi, diqqətdə saxlanılması, mənə və müstəqil media orqanıma qarşı "səlib yürüşü", MŞ-nin çıxardığı süni və əsassız qərarların aramsız ardıcıllıqla ictimailəşdirilməsi, nəhayətdə susmadığım üçün rəhbəri olduğum "demokratik.az" saytının qərəzli şəkildə MŞ-dəkilərin qondarma "reket" siyahısına salınması üzücü və danılmaz bir tarixdir. Həmin proseslər jurnalist fəaliyyətim boyunca rastlaşdığım ən xəbis və bağışlanmaz hadisələrdən yoğrulub. Etiraf edim ki, özümün sözlə şərə-böhtana qarşı mübarizəmi də xeyli möhkəmləndirib.
Onu da yada salım ki, həmkarımız İkram Rəhimov 2018-ci ilin oktyabrın 26-da saxlanılmışdısa, saytımın adı xüsusi sifarişlə cəmi bir neçə gün sonra "reket" elan edilib, məni söyən "azinforum.az" adlı domen rəhbərliyi isə mükafat olaraq MŞ-nin üzvü qəbul edilib. Həmin saytda "Bakı-xəbər" redaktoru Aydın Quliyev sayəsində Əli Həsənovun sifarişlərinin qoxusu hələ də kəsilmir.  
Heç vaxt keçmişin mənfi təsirində yaşamaq istəməmiş, gələcək üçün faydalı yenilik axtarışında olmuşam. Lakin, görürəm ki, sadaladığım zərərli media ünsürləri buqələmun kimi yaxın keçmişdəki davranışlarını unudaraq əsl simalarını və rənglərini gizlətməyə və Əli kimi "dədə"dən yetim qaldıqları üçün yeni ahənglə yeni qəyyumlarını axtarmağa başlayıblar. Eyvallah, bir qucağa sığınacaqlar da, amma...
Şeytani xislətlərini biruzə verərkən Əli Həsənova və "cəhənnəmə vasil olan" KİVDF-nin yırtıcısı olmuş Vüqar Səfərliyə də çəpəki baxmağın, sonda onlara həvəslə soncuq atmaqlarının da kişilik dəftərində axı bir izahı yoxdur?!. Vaxtilə Vüqar Səfərlinin adını "uca" tutanların sınıq kimlikləri indi bəzilərinin cızmaqaralarında aydın görünür. 
İndi məni köhnə ədavət və alayarımçıqlarla yeni polemika maraqlandırmır. Yalnız istərəm ki, Əli Həsənovdan və KİVDF sapovulçusu Vüqar Səfərlidən sonra üçəm ekizlərinin əsas fiqurantı, müstəqil medianın başı üzərində illərlə dəyənək olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və qurumdakı yarıtmaz komandası İSTEFA versin! VERSİN ki, canımız tam dincəlsin...
Bütün ölkə yaxşı bilir ki, Azərbaycanda media sahəsi niyə bərbad vəziyyətdədir. Problem təkcə milyonlarla dövlət vəsaitinin ədalətsiz bölgüsündə, evlərin hansısa məşuqələrə, qələmsiz olanlara, ehtiyacsızlara paylanması ilə məhdudlaşmır. Daha böyük müqəssirlər, söz və məlumat azadlığını vulqar intriqalara döndərənlər, dördüncü hakimiyyəti axsaq edənlər elə Azərbaycan Mətbaut Şurasını (MŞ) idarə edənlərdir. O Mətbuat Şurası ki, (2003-cü il martın 15-də yaradılıb-red) 1998-ci ildə mərhum Heydər Əliyev tərəfindən mətbuata dövlət senzurasının ləğvindən qısa zaman sonra ləyaqətli şəxslərin səyilə yaradılıb və ötən 18 il ərzində eyni şəxslərin qəsbilə quruma olan ümid və inamı yerdən-yerə vurulub.
Mediadan anlayanlar yaxşı bilir ki, bu sahə özünütənzimləmə funksionallığı baxımından qeyrilərindən seçilir. Buna baxmayaraq müasirləşən dünyamızda informasiya kommunikasiyalarının sürətli transformasiyası, internet məkanında genişlənməkdə olan bilgi axını və digər məsələlər media mühitinin saflaşması və qorunması üçün operativ - kollegial qərarların verilməsini, hətta yumşaq inzibati müdaxilələri qaçılmaz edib.
Elə MŞ-nin nizamnaməsində də qeyd edilən məqsəd -məramnamənin Azərbaycanda söz və mətbuat azadlığının qorunmasına yönəlməsi diqqət çəkir. Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması ictimai qurum üçün prioritet hədəf kimi görünür. Lakin, yarandığı ilk illərdən sonra MŞ-nin ölkədəki müstəqil mediaya qarşı de-konstruktiv mövqe tutması, "şikayətlər" və "reket komissiyası" başlığı altında yalnız məmur sifarişlərilə ayrı-ayrı jurnalistlərin hədəfə alınması, AJPDQ-nin mövcud tələblərini təhrif etməklə ifadə və söz azadlığının boğulması yekunda ölçüyəgəlməz fəsadları üzə çıxarıb. Uzun illər prezidentin sabiq köməkçisi Əli Həsənovdan və məhz Mətbuat Şiurasının rəyindən asılı olan media orqanlarının əxlaq normaları büdcədən sovrulan milyonlardan daha dəhşətli mənəvi cinayətə yol alıb.     
Medianın xammalı sözdürsə, onun ərsəyə gətirdiyi məhsulun dəyərliliyi bütöv cəmiyyətin yaşantılarının rəngarəng tərəflərinin ustalıqla, elə güzgü kimi əks etdirməyinə hökmən bağlıdır. Və "Jurnalistika əslində təkcə publisistika da deyil, həyat tərzidir!" fikrindən yola çıxsaq, deməli ki, uzun illərin formalaşdırıdığı qaramat mediamızın saf düşüncə adamlarından yenidən yapılandırılması, yerli KİV-lərimizin vacib funksionallığının özünə qaytarılması, milli mütərəqqi amallarımızın dünya mediası ilə uzlaşmasına strateji zəminlərin hazırlanması prioritetdir.
Hakimiyyət başda olmaqla, bütün vətəndaş cəmiyyəti və media araşdırma institutları yaxşı bilir ki, Azərbaycanda medianın inkişafı istiqamətində zaman itirmişik. Azından son 10 ilin cəhdləri Əli Həsənovun və MŞ-nin başbilənlərinin istək və maraqlarının güdazına gedərək iflasa düçar olub. Çoxtirajlı qəzetlərin maliyyələşdirilməsi müsbət deyil, mənfi nəticələrlə yadda qalıb. Ərsəyə gələn əksər saytların fəaliyyəti də xeyli çəmbərlənib, ələbaxımlılıq tendensiyası formalaşdırılıb. Təəssüf ki, bu nəticəyə gəlinmək üçün MŞ-nin yaratdığı mühit mediadaxili intriqalar, düşmənçilik toxumu da səpib.
Ötən il 145 yaşını sevinərək qeyd etdiyimiz bizim media, lap elə milli mətbuatımız öz funksionallığında ayrı-ayrı şəxslərin adı üzərindən oyunlar oynayaraq yad düşərgəyə faydasız qollar atan, səhifələrinə dedi-qodular pərçimləyən taqətsiz və millətimə xeyli də lazımsız sözcü mexanizminə dönüşdürülüb. Bəli, çağdaş mediamız, hazırki əndirəbadi mətbuat kuralları, ələbaxımlı və məddah qələmlərlə əhatələnmiş jurnalistika kimi kimsəyə intellektual fayda verməyəcək həddədir. Bundan başqa,..
Ardı var... (yaxın günlərdə)
Osman Nərimanoğlu
"Demokratik.Az" saytının rəhbəri
Oxşar xəbərlər