Vüqar Səfərlinin menyüsünə! "Ömür geri qayıtmır, ay balan ölsün!"

  • 15 yan 2021, 02:23
Uzun illərdir evsiz qalan, çoxsaylı müraciətləri cavabsız qalan tanınmış ilahiyyatçı, yazıçı-publisist Tural İrfan bu gün həbs edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli haqqında sosial şəbəkələrdə sərt paylaşım edib.
Demokratik.az bildirir ki, KİVDF dən küskün olan jurnalist aşağıdakıları yazıb:
"Vüqar Səfərli, bu mənim yaşadığım otaqdır. Nəmdən, rütubətdən belədir. Ciyərlərimiz də belədir... Hərçənd ki, bu otaq da şəxsi özümün deyil... 
Dədəm dədəndən artıqdır, özüm də özündən. Dədəm 50 il peşəkar jurnalist olub, müstəqillik illərində də milli jurnalistikanın formalaşmasında iz qoyub. O da bu otaqda dünyasını dəyişdi. Özüm də 25 ildir istər qəzetdə, istər digər mətbuat sahəsində canım, malım bahasına zülm çəkirəm. İki qəzet təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüyəm...8 kitab, iki sənədli roman müəllifiyəm. Bir at damım da yoxdur ki, yazılarım islanmasın deyə ora yığım kağız-kuğuzlarımı... Sən isə ruşvətlə, tapşırıqla, əksəriyyəti evi olan adamlara jurnalist adı altında ev verdin. Bəzi harın adamların "adamına" da qəzet vəsiqəsi düzəldib ev verdin. Qiyamətə qədər əlim yaxanızda olacaq. Sənin və sənin yandaşlarının!
Ömür geri qayıtmır, ay balan ölsün, səni tutmaqlarının mənə nə xeyri?.."
Oxşar xəbərlər