Demokratik TV
Xəbər lenti
Əli Həsənov Vüqar Səfərlinin həbsinə dair ağzını "qıfılladı"
- 15 yan 2021, 00:45
"Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur".
Bunu Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.
Xatırladaq ki, bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.
Ehtimal var ki, bu cinayət işi üzrə həbslər davam etdirləcək, KİVDF ilə əlaqələri olan keçmiş dövlət məmurları, o cümlədən Fondun fəaliyyətini kurasiya etmiş Əli Həsənov da məsuliyyətə cəlb edilə bilər.
Məlumatlara görə, jurnalistlər üçün binalar inşa edən "Protoks" MMS-nin 51 faizi onun yaxın qohumlarından birinə məxsusdur. Prokurorluğun yaydığı məlumata görə, bu şirkət vasitəsi ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib. /azpolitika/
Bunu Prezidentin keçmiş köməkçisi, prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.

Ehtimal var ki, bu cinayət işi üzrə həbslər davam etdirləcək, KİVDF ilə əlaqələri olan keçmiş dövlət məmurları, o cümlədən Fondun fəaliyyətini kurasiya etmiş Əli Həsənov da məsuliyyətə cəlb edilə bilər.
Məlumatlara görə, jurnalistlər üçün binalar inşa edən "Protoks" MMS-nin 51 faizi onun yaxın qohumlarından birinə məxsusdur. Prokurorluğun yaydığı məlumata görə, bu şirkət vasitəsi ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib. /azpolitika/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib
Sevindirici sərəncam! "KİVDF" Vüqar Səfərlidən qurtuldu
Əli Həsənov barədə rəsmi AÇIQLAMA yayıldı - qaçdığına dair şübhələr təsdiqləndi
Mənzil alan jurnalistlər prokurorluqda dindirilir - KİVDF işi
Əli Həsənov danışdı - Tezliklə Azərbaycana qayıdacağını bəyan etdi
AÇIQLAMA: “Lifttəmir” İB-də yoxlamalar davam etdirilir"
"MTN" işi: Vüqar Mahmudovun həbs müddəti uzadıldı
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
MTN generallarından - YENİ XƏBƏR VAR
"Qala" Mühafizə xidməti rəhbərinin məhkəməsi başladı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti