Parlamentdə ilk komitə iclasının vaxtı məlum olub

  • 14 yan 2021, 21:35
Yaz sessiyası çərçivəsində Milli Məclisdə ilk komitə iclasının vaxtı məlum olub. 
APA-nın məlumatına görə, parlamentin Elm və təhsil komitəsinin yanvarın 18-də saat 11.00-da ilk onlayn iclası keçiriləcək. 
İclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi daxildir.
Qeyd edək ki, Milli Məclisin deputatları sabah tətildən qayıdır.  Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. 
Tətil dövründə parlamentin deputatları məzuniyyətdə sayılırlar. Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək. 
Oxşar xəbərlər