Cəlilabadın polis rəisi şəhidin övladının istəyini yerinə yetirdi

  • 12 yan 2021, 21:48
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ailələrinə mütəmadi olaraq baş çəkirlər. 
Demokratik.Az bildirir ki, Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev şəhid hərbi qulluqçu Vüqar İbadovun ailəsini ziyarət edib, gətirilən sovqat təqdim olunub və ailənin qayğıları ilə maraqlanıb. Şəhidin azyaşlı oğlu Kənan onlayn şəkildə təşkil olunan dərslərdə iştirak edə bilmək üçün yaşadığı ünvana internet xəttinin çəkilməsini xahiş edib. Tezliklə onun istəyi yerinə yetirilib, həmin evə internet xətti çəkilib. Bundan əlavə polis rəisi şəhidin azyaşlı oğluna kompüter də hədiyyə edib. M.Quliyev azyaşlı Kənana dərslərində müvəffəqiyyətlər arzulayıb və mütəmadi olaraq onun dərsləri ilə maraqlanacağını bildirib.
Qeyd edək ki, Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş müddətdən artıq həqiqi hərbi xidmət edən şəhid Vüqar İbadov Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb və Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olub.
Demokratik.Az
Oxşar xəbərlər