Demokratik TV
Xəbər lenti
Vilyam Hacıyevin oğlu yenidən vəzifəyə təyin edildi
- 11 yan 2021, 20:31
Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub.
Qeyd edək ki, rayon prokurorluğunun müstəntiqi vəzifəsi prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna görə ən sonuncu - 9-cu təsnifat hesab olunur.
Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Qeyd edək ki, ilk xəbəri unikal.org saytı yayıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Vilyam Hacıyev məhkəməyə gətirildi
Vilyam Hacıyevin qablaşdırılaraq gizlətdiyi pullar üzə çıxdı - FOTO
Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarıldı
Vilyam Hacıyev belə həbs edilmişdi - DTX əməliyyatının VİDEOSU
Vilyam Hacıyev həbsdən müqavimətə başlayıb - kimə arxayındır?
Vilyam Hacıyevə həbs qərarı və İttihamlar elan olundu
Vilyam Hacıyevin oğlunun "aristokrat" həyatı
Saatlının icra başçısı da işdən çıxarıldı
17 rayonun icra başçısı istefaya "gedəcək" – SİYAHI
Prezident iki icra başçısının yerlərini dəyişdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti