DİN-dən açıqlama: "Göygöl rayonundakı oğurluq hadisəsi diqqətimizdədir"

  • 07 yan 2021, 11:18
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti Göygöl rayonunda baş verən oğurluq hadisəsinə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən "Demokratik.Az"-a verilən məlumata görə, ötən il dekabrın 15-dən 16-na keçən gecə rayonun Mirzə İbrahimov küçəsi - 4 ünvanında baş verən oğurluq hadisəsi hüquq mühafizə orqanlarının xüsusi nəzarətinə götürülüb. Faktla əlaqədar Göygöl rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılmaqla zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 
Bununla belə, zərərçəkmiş Göygöl rayon sakini Sarı Qocayev və ailə üzvləri istintaqın gedişatı barədə məlumatlandırılıblar.
Mətbuat Xidmətindən bildirilib ki, DİN rəhbərliyi bütün kriminal hadisələrə həssaslıqla yanaşır, sözügedən oğurluq hadisəsi də nazirliyin diqqətindədir.
Demokratik.Az
Oxşar xəbərlər