Demokratik TV
Xəbər lenti
Dövlət yeni media siyasətinə keçidə hazırlaşır
- 06 yan 2021, 12:47
Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək.
APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır.
Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir.
Əvvəllər də ekspertlər bildirirdilər ki, 2000-ci illərin əvvəlində sürətli inkişaf dövrünə qədəm qoyan media hazırda durğunluq mərhələsindədir. Mövcud qanunvericilik yeni dövrün reallıqlarına uyğun deyil, kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmir. Bu isə istər on-line, istərsə də sosial media sahəsində xaotik vəziyyətin yaranmasına səbəb olub.
Qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlərin medianın inkişafına təkan verəcəyi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, müasir standartların geniş tətbiqinə səbəb olacağı gözlənilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
KİVDF medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını təqdim edib
Operativ Qərargah KİV-nin fəaliyyətini əmrlə qadağan edə bilərmi?
"Mediada da islahatlara ehtiyac var” - Deputat
Sevindirici sərəncam! "KİVDF" Vüqar Səfərlidən qurtuldu
"Azərbaycanda söz və məlumat azadlığı təmin edilib" - Əli Həsənov
Bu gün Milli Mətbuat Günüdür
Mətbuat Şurasina yeni üzvlər qəbul edildi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti