Paşazadəyə itən ümidlər: Gələcəyə Şeyxsiz yolçuluq - (TƏHLİL)

  • 23 dek 2020, 12:30
Azərbaycan dini mühitdə son illərdə ciddi və yoxsul hadisələrlə yadda qalıb. Bunların içərisində diqqət çəkən səs-küylü olaylar olsa da, eyni zamanda kölgədə qalan çox mühüm suallar hələdə cavabsızdır. Demək olar ki, son illər faktiki olaraq  hakimiyyət dini prosesləri izləyir və  necə deyərlər, dünyaya ölkəmizin yaxşı mənada nümunə olmasını bildirir. Bunu prezidentin açıqlamalarında və siyasi gedişlərində açıq şəkildə görmək olar. Bəs dini liderin ölkəmizin siyasi həyatında nə kimi rolu olub? 
Azərbaycanın iki illik korona bəlası ilə mübarizə apardığı dönəmdə Paşazadə əfəndi xalqa nə kimi təskinliklər verə bilib? 44 günlük Vətən Müharibəsində hansı şəhid, əsgər, qazi ailələrinə müraciət edərək təsginlik verərək kömək əlini uzadıb? Düşmən tərəfin kilsə rahibləri əlinə silah alıb Qarabağda vuruşanda cənab Şeyx hansı müsahibə və çıxışında erməni din adamlarını bu hərəkətlərinə görə ən azı təxribatçı olduqlarını dilə gətirib?! Amma, prezident İlham Əliev dəfələrlə din də daxil dünyaya diplomatık cavabları ilə Azərbaycanın nə qədər tolerant  və ədalətli ölkə olduğunu sübut edib.
Deyə bilərik ki, Paşazadə dönəminin tənəzzülü  2014-cü ilin əvvəlindən başladı. Hakimiyyətin və xalqın Şeyxə olan ümidləri getdikcə itməyə doğru cilalandı.
2014-cü ilin əvvəlində bir neçə hadisə baş verdi ki, bunlar hökumətin din sahəsində müəyyən addımlar atmasına və ya bu prosesi başlatmasına səbəb oldu. 2010-cu ildən sonra başlayan hicab qadağası etirazları, həbslər və dini zəmində gərginlik zamanı o vaxta qədər dini sahənin əsas kuratoru Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri faktiki kənarda qaldı. Daha sonra hökumət DQİDK sədrini dəyişdi və bundan sonrakı prosesdə dövlət özü dini icmalarla birbaşa iş görməyə başladı. Məlum oldu ki, dövlət qurumları artıq faktiki olaraq QMİ olmadan da dini prosesləri idarə edə bilər.  Bəs 30 ildən çox əziz tutulan Şeyxin qəlbinə hansı şeytan girdiki bu qədər günaha batdı?
Böyük təşkilatlara üzv olan Azərbaycan 2014-cü ilin əvvəlində Suriyada İslamçı qruplar arasında savaş başladıqdan sonra orda döyüşlərdə ölən azərbaycanlılar barədə xəbərlər həmin dünya güclərini ölkəmizə qarşı qışqırtmağa məcbur etdi. Həmçinin ölkə daxilində baş qaldıran dini hücrələr dövlətə qarşı hədyanlar söyləyərək İran və Avropa ölkələrini bizlərə nümunə etməyə çalışdı. Ölkəni dini təriqətlərə ayıran şəxslərə təsir edə bilməyən QMİ nümayəndələri çıxış yolunu susmaqda görsələrdə yenədə dövlət ola biləcək hadisələri önlədi. Oda məlum oldu ki,  QMİ  ümumiyyətlə, dini situasiyaya birbaşa nəinki təsir edə bilmir ,hətta bütün imkanlarını itiriməkdədir.
Bundan başqa, QMİ-nin Suriya savaşı ilə bağlı fətvası isə ümumiyyətlə çox təsirsiz oldu, heç bir ciddi reaksiya doğurmadı. Məlum oldu ki, Şeyxin təsir imkanı sadəcə məscidlərə axund təyinatı və xarici dəbdəbəli saraylar, eləcədə iri bizneslər qurmağa çatır.
Faktiki olaraq zəif quruma çevrilən QMİ fəaliyyəti ilə bağlı dövlət hərəkətə keçməli idi. Belədə oldu. Təbii ki, Şeyxə və onun şəxsində QMİ-yə qarşı münasibətin kökündə dəyişməsinə başqa amillər də vardı. QMİ sədrinin klanının formalaşması, prezidentə yaxın və birbaşa təsir imkanının olması, nəzarətində və ya ətrafında toplanan iqtisadi güc onun rəqiblərini də çoxaltmışdı. Digər tərəfdən, son 10 ildə ölkədə baş verənlər göstərdi ki, Azərbaycanda əsas ictimai-siyasi proseslər məhz din amili üzərindən inkişaf edir və ya din amilinin təsiri var. Bu səbəbdən də belə bir həssas sahəni yalnız Şeyxə vermək olmazdı, din daha əvvəl olduğu kimi mənəvi məsələ deyildi, indi artıq həm də siyasi, iqtisadi, təhlükəsizlik məsələləri ilə bağlıdır.
Bu səbəbdən də dövlət başçısının sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edildi. Professor Kamal Abdulla isə prezidentin müşaviri təyin edildi. 2014-cü il mayın 15-də prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. 2014-cü il oktyabrın 20-də DİQDK-da sədr Mübariz Qurbanlının iştirakı ilə bir qrup dinşünas və müxtəlif dini konvensiyaların nümayəndələrinin iştirak etdiyi toplantı keçirildi. Həmin toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni dinşünaslıq üzrə komissiya yaradıldığı elan edildi.
Diqqət çəkən odur ki, hər iki dövlət qurumu – həm müşavirlik, həm də DQİDK – məhz həmin ildən dini maarifçilik fəaliyyətini həyata keçirəcəklərini bəyan etdilər. Halbuki müşavirlik həmin il yaransa da, DQİDK artıq o vaxtlar 13 il idi ki, fəaliyyət göstərirdi və bu müddətdə dövlət qurumu dini təbliğat, maarifçilik kimi fəaliyyətlər həyata keçirmirdi. Çünki Azərbaycanda konstitusiyaya əsasən, din dövlətdən ayrıdır. Ancaq bu çağa qədər formal da olsa bu normalara əməl edilməsi də görünməkdədir.
Qəti şəkildə deyə bilərik ki, QMİ tarixi ənənəsi adı belə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən QMİ hələ də formal da olsa dini idarə, ruhani mərkəz olaraq qalır. Amma, faktiki olaraq yaxın gələcəkdə  Pazşazadəsiz QMİ görməyimiz cənublu dindarlara da təsirsiz ötüşməyəcək. Görünən odur ki,  proseslərə ciddi hazırlaşan hökumət QMİ-nə öz məlum kadrını gətirəcək və ölkə Şeyxsiz dini həyatına davam edəcək.
“KAİNAT” Analitik İnformasiya Mərkəzi
Oxşar xəbərlər