Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Aslan İsmayılov: "Hansı sehrli şəxs bu məmurun arxasında dayanır?"
Aslan İsmayılov: "Hansı sehrli şəxs bu məmurun arxasında dayanır?"
- 23 dek 2020, 13:24
Tərtər rayonunun qalmaqallı icra başçısı hələ də öz işinin başındadır. Ərköyün və mağmun məmurlardan olan, vaxtilə hamiliyinə arxalandığı Gəncə "xanı" Elmar Vəliyevin yolunu gedən Müstəqim Məmmədovu indi hamı tənqid etsə də, toxunulmazlığı xeyli maraq doğurur.
"Demokratik.Az" bildirir ki, icra başçısı barədə tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesablarında bunları yazıb:
"Tərtərin İcra başçısı Müstəqim Məmmədovun özbaşnalıqları haqqında elə bu səhifədə bir neçə material paylaşıb. Həmin yazılarda rayona ayrılmış milyonların mənimsənilməsindən tutmuş, sahibkarlara qan uddurmasına qədər çoxlu sayda qanunsuzluqlar var idi. Hər bir material nəinki onun vəifəsindən azad edilməsinə, dərhal həbsinə də kifayət edərdi. Ancaq bu günə qədər də bu məmur əhaliyə saymamazlığını davam etdirir və ona qaşın üstə gözün var deyən yoxdur.
Bu gün onun şəhid anasına olan təhqiri isə bütün əndazələri aşır. Mənə çox maraqlıdır hansı sehrli şəxs bu məmurun arxasında dayanır. Doğrudanmı Prezidentin ətrafında olan məmurların M.Məmmədovun özbaşnalıqlarından xəbərləri yoxdur? Axı, bu gün Ramiz Mehdiyev də yoxdur?!"
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Aslan İsmayılovdan İDDİA: "Payızda çevrilişə cəhd ola bilər"
Elmar Vəliyevin qalmaqallı "Gəncə qalası"
Şəhid yoldaşından generala: “Görüşəndə Raqufa salam de…”
Aslan İsmayılov da danışdı: "Vüqar Səfərliyə cinayət işi açılmalıdır"
Saatlının icra başçısı da işdən çıxarıldı
Saatlının işdən azad olunan icra başçısı prezidentdən belə söz istəmişdi – VİDEO
Gəncənin sabiq icra başçısının oğlu oldu - Adını Elmar qoydu
Müstəqim Məmmədov yenə sayıqladı: “Prezidentin baş-beynini niyə xarab edirsən?”
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi
Elmar Vəliyev icra başçısı vəzifəsindən rəsmən getdi - SƏRƏNCAM
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti