MAXE ilə Göygöl rayonunun hakim köməkçisi Gəncədə belə avtoqəza törətdi - Videotəfərrüat

  • 22 dek 2020, 12:10
Dekabrın 6-da axşam saatlarında Gəncənin Dədə Qorqud prospektində, köhnə Yevlax avtovağzalı ərazisində baş vermiş mübahisəli avtonəqliyyat hadisəsini anbaan əks etdirən videogörüntüləri əldə etmişik.
"Demokratik.Az"-ın təqdim etdiyi sözügedən videogörüntülərdən aydın olur ki, Göygöl rayon məhkəməsinin baş köməkçisi işləyən Sadir Ağakişiyevin idarə etdiyi “Chevrolet Niva” markalı "AZ 20-DN-220" dövlət nömrə nişanlı avtomobil sözügedən ərazidə “giriş qadağandır” yol nişanının tələbini pozaraq əks istiqamətdə hərəkətdə olan hərbçi (MAXE) Arif Məmmədovun idarə etdiyi “VAZ- 21154” markalı “AZ 90-OT-629” dövlət nişanlı avtomobillə toqquşub. Nəticədə sürücülərdən hansısa birinin xəsarət almadığı görüntülərdən hiss olunur. Sürücülərin rahat şəkildə gəzişmələri, hadisə yerinə təcili tibbi yardımın çağırılmaması da bunu deyir.
Lakin, xatırladaq ki, hadisədən sonra MAXE-dən 1000 (bir min) manat pul tələb etmiş hakim köməkçisi Sadir Atakişiyev gah burnunun sındığını, gah da daban sümüyünün çatladığını iddia edərək MAXE-yə qarşı “cinayət işi” açılmasını istəyir. Hazırda iş üzrə Gəncə BPİ-nin təhqiqat qrupunda araşdırmaya da başlanılıb. İş üzrə məhkəmə tibbi ekspertiza da keçirilib.
Bu barədə Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinin rəhbəri Cavanşir Əliyev "Demokratik.Az"-a açıqlamasında bildirib ki, hadisə günü hansısa yolla sürücü Sadir Atakişiyev burnunda sınığının və ayaq sümüyündə çatlamanın olmasına dair ilkin tibbi sənəd əldə edib. Buna baxmayaraq ekspertiza rəyi dəqiq aparılmaqla veriləcək.  
Maraqlıdır, görüntüdən aydındır ki, avtoqəza şiddətli olmayıb, eləcə də Atakişiyev olay sonrası ayaq üstdə rahat şəkildə gəzir, "razborka" edir, maskalı şəkildə 1 saatdan artıq hadisə yerini təftiş edir. Nə ərazidə, eləcə də avtomaşınlarda da qan izinə rast gəlinmir. Belə olan halda, bir rayonun məhkəməsində hakimə köməkçilik edən, özünü hamıya "beynəlxaq dərəcəli hüquqşünas" kimi sırıyan Sadir Atakişiyev hansı şəraitdə burnunu sındırıb və necə olub xəsarətlər alıb? Qəza zamanı toqquşmanın sürücü oturacağı tərəfdən deyil, maşının sağından olması da S.Atakişiyevin iddiasına şübhə gətirir. 
Əlavə olaraq onu da diqqətə çatdıraq ki, qəzanın baş verməsinə səbəb kimi həmin yolda "durma-dayanma" qaydalarını pozmuş qara rəngli "Mersedes" markalı avtomaşın da gözə dəyir.
İşin araşdırılmasında qeyd edilənlərin də nəzərə alınacağına ümid edirik.
Demokratik.Az
Oxşar xəbərlər