Demokratik TV
"Gəncə BPİ-dən rəsmi AÇIQLAMA! "Qəza törədən MAXE-nin işi ciddi araşdırılır"
Ötən gün "Demokratik.Az" saytında dərc edilmiş “Gəncədə qəza törədən MAXE paqonlu Atakişiyevlərin şantajına məruz qalır - DYP özbaşınalıq edir” sərlövhəli yazıda qeyd olunan iddialar və şikayətçinin müraciəti Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülərək tam və hərtərəfli şəkildə araşdırılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir.
Gəncə BPİ-dən o da bildirilib ki, A.Məmmədov ötən gün şəhər polisinə dəvət olunaraq ona araşdırmanın gedişi ilə bağlı məlumat verilib, “Təhlükəsiz Şəhər” xidmətinin müşahidə kameraları tərəfindən qeydə alınan görüntülər ona təqdim olunub.
A.Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinə yazılı müraciət edərək polis əməkdaşlarının vəzifələrinin yerinə yetirilməsindən hər hansı bir şikayəti olmadığı, müraciətinə operativ və qərəzsiz baxılmasından məmnunluğunu ifadə edib.
"Demokratik.Az" məlum hadisəyə həssaslıqla yanaşaraq vətəndaş məmnunluğunu təmin edən DİN-ə və xüsusilə Gəncə BPİ-nin yeni rəhbərliyinə səmimi təşəkkürünü ifadə edir...
"Demokratik.Az"
