Ermənilər yenidən "hücum"a başlayıb - 4 Şəhidimiz və 2 yaralımız var

  • 13 dek 2020, 21:12
2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil silahlı hücumu baş verib. Nəticədə 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb.
Oxşar təxribat əməli dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı da baş vermişdi, onda da 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.
"Demokratik.Az" bildirir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb. Hazırda önləyici anti-terror əməliyyatları aparılır.
"Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir".
Qeyd olunan faktlar əlində silah olan hər bir erməninin məhv edilməli olduğunu bir daha əyani göstərir! Bunun üçün Azərbaycanın ən qısa vaxtda Qarabağı erməni silahlılarının qalıqlarından təmizləmək üçün əməliyyatlara başlaması artıq şərt olub!"-deyə rəsmi məlumatda qeyd edilib.
Baş verənlər separatçılığın ermənilər tərəfindən davam etdirilməsinə cəhd kimi başa düşülə bilər.
Demokratik.Az
Oxşar xəbərlər