DİN-in Siqnal İdarəsi Gəncədə "Bazarstore"-yə reklam yapışdırır - FOTOLAR

  • 13 dek 2020, 15:59
DİN-in "siqnal İdarəsi"nin müasir qoşqulu-kran texnikası Gəncədə "Bazarstore"-yə reklam yapışdırır. Bunun üçün saatlardır marketin fasadının şüşələrini də təmizləyir.
Bu barədə "Demokratik.Az"-a şəhər sakinləri məlumat verib.
Sakinlərinin bildirdiyinə görə, saatlarla dövlət sifarişindən kənar şəxsi mağazanın işini yerinə yetirən "Siqnal İdarəsi" gördüyü işin müqabilində rüşvət (şirinlik) alıb.
Bugün səhər saatlarından etibarən "Qazel" markalı, "AZ-90-JS-737" dövlət nömrə nişanlı avtomaşının sürücüsündən başqa, idarənin başqa işçilərinin də "reklam işi"nə cəlb olunduğu bildirilir.
 DİN-in "Siqnal idarəsi"nə məxsus maşının həftənin bazar günü hansı əsaslarla və hansı şəxsi məqsədlərlə belə işlərə cəlb edilməsi, işçilərin əməyinin isə əmək qanunvericiliyindən kənar şəkildə istismar edilməsi yalnız təəssüf doğurur...
(Saat 16:00... Siqnal idarəsi öz işini davam etdirir)
Fotofaktı təqdim edirik:




Demokratik.Az
Oxşar xəbərlər