Azərbaycanda möhtəşəm Qələbə Paradı keçirilir - CANLI YAYIN

  • 10 dek 2020, 13:17
Hazırda Azərbaycanda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçirilir.
Bakının Azadlıq Meydanında keçirilən "Zəfər paradı"nı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyir.
Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edir, 150-dək hərbi texnika, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirilir.
Demokratik.Az hərbi paraddan canlı yayımları təqdim edir:
Oxşar xəbərlər