Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək

  • 09 dek 2020, 17:57
"Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir! Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları Şamaxı, Mingəçevir, İmişli, Sabirabad, Kürdəmir, Balakən, Qəbələ regional ASAN xidmət Mərkəzlərində və 4 saylı Bakı ASAN xidmət Mərkəzində fəaliyyət göstərən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölmələrinə müraciət etməklə ödənişsiz əsaslarla psixoloji, loqopedik, psixo pedaqoji və refleksoloji xidmətlərdən yararlana bilərlər”.
Bu barədə mərkəzdən məlumat verilib. Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin kollektivi Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi qürurla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına Allahdan səbr diləyirik"- deyə, məlumatda qeyd olunur.
Oxşar xəbərlər