Cəlilabadda əməliyyat! İcra başçısı saxlanıldı - Yenilənib

  • 07 dek 2020, 12:57
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Yayılan məlumatlara əsasən, əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov və qeyriləri saxlanılıblar.
Qeyd edək ki, Namiq Zeynalov Cəlilabad rayonunun icra başçısı vəzifəsini 2018-ci ilin fevralın 6-dan icra edirdi. Namiq Zeynalovun saxlanıldıqdan sonra Bakıya gətirildiyi deyilir. Hazırda İcra Hakimiyyətində əməliyyat davam etdirilir.
Həbsə ilkin səbəb kimi icra başçısının rüşvət alması qeyd edilir...
Demokratik.Az
Oxşar xəbərlər