TƏCİLİ! Tərtər rayon prokuroru öz iş otağında dünyasını dəyişdi

  • 03 dek 2020, 19:22
Tərtər rayon prokuroru Şıxəli Alməmmədov bugün günorta saatlarında öz iş otağındaca dünyasını dəyişib.
"Demokratik.Az"-a bu barədə Tərtər rayonundakı mötəbər mənbə məlumat verib.
Son zamanlar mərhum rayon prokurorunun səhhətində ciddi problemlər yarandığı, hətta koronavirusa yoluxduğuna dair şübhələrin olduğu da bildirilir.
Xatırladaq ki, Tərtər prokuroru vəzifəsini icra edən Ş.Alməmmədov sabiq baş prokuror Zakir Qaralovun 09 yanvar 2020-ci il tarixli əmrilə Bərdə rayon prokuroru da təyin edilmişdi. Sonradan Tərtər rayon prokuroru kimi təsdiqlənmişdi.
Mərhum uzun müddət idi ki, prokurorluq orqanlarında çalışırdı.
Allah rəhmət eləsin!
"Demokratik.Az"
Oxşar xəbərlər