Ağdama yeni yol çəkilir, şəhər yenidən dirçəlir - FOTOLAR

  • 22 noy 2020, 12:01
İşğaldan azad edilən Ağdam şəhərinə yeni yol çəkilir.
"Yeni Müsavat" qəzetinin Ağdama ezam olunmuş əməkdaşları xəbər verir ki, hazırda yeni asfalt yolun tam bərpa olunması istiqamətində işlər görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları ərazidədir.
Ağdam şəhərinin mərkəzinə aparan yollardan biri Əfətli kəndindən keçir. Əfətli kəndinin çıxışında- Ağdam şəhərinə gedən yolda polis əməkdaşları post qurub. Onlar kənar şəxsləri Ağdam şəhərinə buraxmırlar. Yalnız xüsusi icazəsi olan şəxslər əraziyə daxil ola bilir.
Gün ərzində əməkdaşlarımızın da iştirakı ilə Ağdama mediatur təşkil ediləcək.
İlkin Muradov,
Məğrur Salmanov,
Musavat.com









Oxşar xəbərlər