Ermənilər Kəlbəcərdən belə çıxır: evləri yandırırlar və ... - FOTO - VİDEO

  • 14 noy 2020, 10:21
"BBC"nin müxbiri Uill Vernon ermənilərin Kəlbəcər rayonunu tərk etməsilə bağlı özünün "Twitter" hesabında video paylaşıb.
Müxbir bildirib ki, ermənilər rayondan çıxarkən azərbaycanlıların əlinə keçməsin deyə evləri yandırırlar. Onun sözlərinə görə, ermənilər "Uşaqlarım bu evdə yaşamayacaqsa başqa kimsə də yaşamasın" deyərək, çıxdıqları əraziləri talan edirlər.
Bundan əlavə, sosial şəbəkədə paylaşılan digər bir fotoda isə ermənilərin Kəlbəcərin Yeni Erkeç kəndində Birinci Qarabağ savaşında ölən döyüşçülərinə qoyduqları abidəni sökdükləri əks olunub.
Onlar hətta meşələri belə yandırmaqdan çəkinməyiblər.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının bağladığı sazişə əsasən, noyabrın 15-də erməni terrorçuları Kəlbəcər rayonundan tam çıxmalıdır.

Oxşar xəbərlər