Barəsində "cinayət işi" açılan iş adamı: " Prokurorluq müstəntiqlə bacara bilmir.."

  • 12 noy 2020, 13:04
Gəncə sakini Rübail Hüseynov Gəncə BPİ-nin baş müstəntiqi Rauf Atakişiyevin istintaqını apardığı və Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin icraatında olan Cinayət işinin düzgün aparılmadığı, hətta onun barəsində saxta ittihamlar yazıldığı barədə prezidentə açıq videomüraciət edib.
Şikayətçi açıq şəkildə ölkə başçısından kömək istəyib. "Prokurorluğa dəstək olun, prokurorlar da müstəntiqlə bacara bilmirlər.." - deyə şikayətçi bildirib..
 "Demokratik.Az" olaraq xatırladaq ki, şikayətçi bundan əvvəl də bir neçə dəfə hüquqlarının pozulmasına dair müraciətlər etmişdi.
Sözügedən şikayətin məğzi üzrə məsələyə Baş Prokurorluq rəsmi reaksiya da verib və cari ilin sentyabrında Baş Prokurorluq sosial şəbəkə üzərindəki yazışmanın birində bildirilib ki, qeyd olunan faktla bağlı vətəndaşın müraciəti əsasında hazırda Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Sİtat:
“Həmçinin bildirmək istəyirik ki, 01.09.2020-ci il tarixli müraciətiniz baxılması üçün Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə və Prokurorluqda İstintaqa Nəzarət İdarəsinə göndərilib".
"Demokratik.Az" şikayətdə adıkeçənlərin də mövqeyinə sayğısını ifadə edir və vətəndaşın videomüraciətini olduğu kimi diqqətə çatdırır.
İnanırıq ki, vətəndaş Rübail Hüseynovun iddiaları hüquqi müstəvidə araşdırılacaq və problem öz həllini tapacaq.
Demokratik.Az

Oxşar xəbərlər