Ermənistanın "S-300"lərini tələyə salıb məhv edən "Kukuruznik" və "Harop" - Ordumuzdan möhtəşəm taktika + Video

  • 25 okt 2020, 11:30
Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar dünya müharibə tarixinə düşüb.
Artıq bir çox dünya liderliyinə iddialı olan böyük ölkələr də bu gedişata maraq göstərir, Azərbaycanın müharibıə taktikalarını öyrənməyə çalışırlar. Dünyanın bir çox ölkələrində hərbi mütəxəssislər İkinci Qarabağ Müharibəsini “XXI əsrin müharibəsi” adlandırıb. Burada sas diqqət çəkən isə Pilotsuz Uçuş Aparatlarıdır.
Azərbaycan PUA-lardan istifadə edərək düşmənin bir çox hərbi texnika və canlı qüvvəsini məhv edib. Lakin hərb tarixinə bunlardan ən maraqlısı 110 milyon dollarlıq qiyməti olan “S-300” zenit raket komplekslərinin vurulmasıdır.
Belə ki, müharibənin ilk başlarında Azərbaycan silahlı qüvvələri bu “S-300”lərin yerinin qısa zamanda tapılmasına çətinlik çəkiblər. Çünki məqsəd bu kompeksdən atəş açılmadan onu məhv etmək olub.
Azərbaycan peşəkar hərbçiləri tətbiq etdikləri üsulla erməni ordusunu və onların raket sistemini tələyə salıb. Belə ki, “S-300”lər döyüş təyyarələrini radarda tuta və raket atəşi məhv edə bilirlər. Lakin onlar İsrail istehsallı kiçik “Harop” kamikadze dronlarını görə bilmirlər. Azərbaycan isə “SU-25”, “Miq 29” tipli bahalı döyüş təyyarələrini və əsas da ekipaj üzvlərini riskə atmaq istəməyib. Bunun üçün unikal yol tapılıb.
Sovet dövründə istehsal olunan “Kukuruznik” deyilən “Antonov An-2” təyyarələri “S-300”lər üçün yem kimi istifadə edilib. Bu təyyarələr yerdə PUA kimi hazırlanıb və mərkəzdən idarə olunub. “An-2”lərin içində insan olmayıb. Dəyəri bir neçə min dollar olan “Kukuruznik”lər sovet dövründə kənd təsərrüfatında tarlaların dərmanlanması üçün istifadə olunurdu. Bu gün isə döyüşə göndərilən PUA tipli “Kukuruznik”lər düşmən mövqelərinə yaxınlaşdıqca “S-300”lərin radarına döyüş təyayarəsi kimi görünüb. Təşvişə düşən erməni hərbçiləri dərhal həmin “təyyarə”ni raket atəşi ilə məhv ediblər. Bu zaman “S-300”ün aktivləşməsi ətrafa siqnallar ötürüb və ermənilərin hesaba qatmadığı daha bir nüans olub. “Kukuruznik”ləri kamikadze Harop dronları müşayiət edirdi. “S-300”dən siqnal alan kimi onun yerini müəyyən edən Harop özünü raket kompleksinə çırparaq onu partladıb və məhv edib.
Azərbaycan sentyabrın 27-dən bu günədək Ermənistanın 4 ədəd “S-300” zenit raket kompeksini vurub. Ermənilər də hər dəfə içində insan olmayan “Kukuruznik” təyyarəsini vuranda elan edirdi ki, Azərbaycanın döyüş təyyarəsini vurub.
Azərbaycanın bu müharibə taktikası hazırda dünyanın bir çox hərbi mərkəzləri tərəfindən öyrənilir.
Oxşar xəbərlər